Britaniya Vahid Ələkbərova sanksiya tətbiq etdi
Dərc olunub:
13-04-2022, 15:34
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.
Bildirilib ki, siyahıya Rusiyanın milyarderləri - Qriqori Berezkin, Vladimir Yevtuşenko, Viktor Medvedçuk, Rusiya xarici işlər nazirinin həyat yoldaşı və başqaları daxil edilib.
Siyahıda “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərovun da adı var.