Makron Le Peni qabaqladı – İlkin rəsmi nəticələr
Fransada prezident seçkilərinin birinci turunun ilkin rəsmi nəticələri açıqlanıb.
Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyi seçici səslərinin artıq 60%-nin sayıldığını bildirib.
Hazırkı nəticələrə görə, uktra-sağçı Marin Le Pen 27,07% səslə liderdir, hazırkı prezident Emmanuel Makron isə 26,93% səs toplayıb.
Üçüncü yerdə Jan-Lyuk Melanşon, dördüncü yerdə Erik Zemmur, beşinci yerdə isə Valeri Pekres qərarlaşıb.
***
Sayılan 65 faizlik səs göstəricisinə əsasən, Makron 27,03 faiz səslə önə çıxıb. Le Pen isə 26,88 faizlə ikinci yerdə qərarlaşıb.
***
Seçki bülletenlərinin 80 faizi sayılıb. Son nəticələrə görə, Makron 27,31 səslə liderdir. Le Pen isə 25,70 səslə geridədir.
Qeyd edək ki, “ekzit-poll”un nəticəsinə görə, ikinci tura Makron (28,5) və Le Pen (24,2%) keçib.
***
Səslərin 85 faizi sayılıb. Son məlumata görə, E.Makron 27,39 faiz səslə seçkilərə liderlik edir.