Dəmiryol vağzalının vurulma əmrini verən rus general...
Dərc olunub:
9-04-2022, 12:55
Ukraynada Kramatorsk dəmir yolu vağzalının raket zərbəsi ilə vurulma əmrini rus general Aleksandr Dvornikov verib.
Axar.az xəbər verir ki, bu iddianı BBC telekanalı tirajlayıb.
Bildirilir ki, A.Dvornikov 2015-ci ildə Rusiya tərəfindən Suriyaya göndərilən ilk yüksək rütbəli zabit kimi tanınır. O, Suriyada əldə etdiyi uğurlara görə 2016-cı ildə “Rusiya Qəhrəmanı” mükafatına layiq görülüb. Daha sonra isə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandanı təyin edilib.
Hazırda Ukraynadakı döyüşlərdə Rusiya ordusuna rəhbərlik edən zabitlərdən biridir.