Ukraynaya yeni döyüş maşınları GÖNDƏRİLDİ
Avstraliya Ukrayna ordusuna 20 ədəd "Bushmaster" zirehli maşın göndərəcək.
Bu barədə Avstraliya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Thales Australia" şirkəti tərəfindən istehsal olunan maşınların ilk partiyası artıq Ukraynaya göndərilib. Fotolarda 4 ədəd texnikanın göndərildiyi müşahidə edilib.
Zirehli texnikalar Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarələri ilə Polşaya aparılıb. Daha sonra hərbi maşınlar quru yolu ilə Ukraynaya çatdırılıb.
"Bushmaster" hazırda Avstraliya, Niderland, Britaniya, Yaponiya, İndoneziya, Yamayka və Yeni Zelandiya orduları tərəfindən istifadə olunur.
Maşınlar yaxın döyüş üçün əsgərlərin təhlükəsiz daşınmasında istifadə edilir. Avtomobil əsgərləri mina partlayışlarından, qəlpələrdən və atıcı silahlardan qoruyur.
Qeyd edək ki, bu günə qədər Avstraliya Ukraynaya müdafiə üçün ümumilikdə 165 milyon dollar yardım edib.