Sizin Reklam Burada

Yaponiyanın Baş naziri bu gün Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək

Yaponiyanın Baş naziri bu gün Rusiyaya qarşı yeni sanksiyaları elan edəcəkYaponiyanın Baş naziri Fumio Kişida bu günə planlaşdırılan mətbuat konfransında Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaq.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yeni sanksiya tədbirləri xüsusilə enerji sektoruna, o cümlədən Rusiya kömürünün idxalına məhdudiyyətlərə təsir göstərə bilər. Mətbuat konfransının yerli vaxtla saat 18:00-dan sonra (Bakı vaxtı ilə 13:00) başlaması gözlənilir.

Bundan əvvəl Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Xaqiuda hakimiyyət orqanlarının Rusiyadan kömür idxalının həcmini tədricən azaldacağını açıqlayıb. 2021-ci ildə Yaponiyanın xaricdən aldığı bütün kömürün təxminən 11 %-i Rusiyanın payına düşüb.

Aprelin 7-də “Böyük Yeddilik” (G7) ölkələrinin liderləri enerji sektorunda Rusiyadan asılılığın azaldılması, o cümlədən kömürün idxalının tədricən dayandırılması və qadağan edilməsi planlarının həyata keçirilməsini sürətləndirmək arzularını ifadə ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər