Almaniya 100 rus diplomatı ölkədən qovur
Almaniya hakimiyyəti Rusiya Federasiyasının bu ölkədəki səfirliyinin 100-ə qədər əməkdaşını ölkədən qovmaq niyyətindədir. Diplomatlar casusluqda şübhəli bilinir.
Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.
Qeyd olunur ki, hazırda bütün şübhəlilərlə bağlı araşdırma gedir.
Məsələyə münasibət bildirən Britaniya kəşfiyyatının keçmiş rəhbəri Con Savers deyib:
"Biz bütün Avropada Rusiya kəşfiyyatının aqressiv fəaliyyətinin miqyasını görürük. Biz yəqin ki, onların nə etdiklərinin yalnız on faizini bilirik".
Qeyd edək ki, bundan əvvəl təkcə Almaniyada 2000-dən çox rus casusunun olduğu bildirilirdi.
Rusiya agentləri siyasətçilər, şirkət rəhbərləri, həmçinin Kremli tənqid edənlər haqqında məlumat toplayır.
Son vaxtlar Rusiya Federasiyasının nümayəndələri bir çox Avropa ölkələrində tamamilə “arzuolunmaz şəxslər”ə çevriliblər. Belə ki, martın 14-də Slovakiya hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
Daha sonra Niderland hakimiyyəti Rusiya səfirliyinin 17 əməkdaşının ölkədən çıxarıb. 21 rus diplomatın isə Belçikadan çıxarılması barədə qərar qəbul edilib.