“Taliban”dan xəbərdarlıq: Xaşxaş becərənləri şəriət məhkəməsi gözləyir
Dərc olunub:
4-04-2022, 07:48
Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş “Taliban” hökuməti fermerlərə xaşxaş əkməyi qadağan edib.
Bu xəbərdarlıqla Əfqanıstanın mədəniyyət və informasiya naziri kimi təyinat alan Zabihullah Mücahid çıxış edib.
Z. Mücahid əlavə edib ki, qanunu pozanlar şəriət qanunları ilə cəzalandırılacaq və bu şəxslərin bütün əkin sahəsi məhv ediləcək.
Qeyd edək ki, Əfqanıstanda qəbul edilən yeni qanunlara əsasən, ölkədə spirtli içkilərin, eləcə də bütün növ narkotik vasitələrin istehlakı, daşınması, ticarəti, ixracı və idxalı qadağandır.