Moldovada Ukraynaya görə matəm elan edildi
Dərc olunub:
4-04-2022, 00:30
Aprelin 4-də Ukraynada həlak olan dinc sakinlərin xatirəsinə Moldovada matəm günü elan edilib.
Bu barədə ölkə prezidenti Maya Sandu özünün "Twitter" məlumat yayıb.
Sandu əlavə edib ki, Moldova Ukraynanın Buça şəhərində dinc əhalinin ölümünü pisləyir. Prezident hadisəni “insanlığa qarşı cinayət” adlandırıb.
“2022-ci il aprelin 4-ü Ukraynada son 39 gün ərzində həlak olan bütün günahsız insanların xatirəsinə ümummilli matəm günü elan edirəm”, - Sandu qeyd edib.