Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir
Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski bildirib.
O, Rusiya qoşunlarının bölgə ərazisindən fəal şəkildə çıxarıldığını vurğulayıb.
"Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə öz ərazilərinə getməyə başlayıblar. Son günlər biz Rusiya qoşunlarının Belopolyedən Konotopun özünə qədər cəmləşməsini müşahidə etdik. Yeni hərbi karvanlar daxil olub, onlar vilayətdə, icmalarda terrorla məşğul olublar, dinc əhaliyə atəş açıblar, meşələri, evləri, küçələri tanklardan, qumbaraatanlardan atəşə tutublar”, - Jivitski deyib.
Onun sözlərinə görə, bununla belə, bu gün vilayətin azad edilməsindən danışmaq hələ tezdir, çünki təmizləmə davam edir, lakin düşmənin hərbi texnikası ərazini tərk edib.
"Artilleriyamız yetişirdi. Onlar dağılmış tankları, dağılmış texnikanı sürüyürdülər, bütün bunlar sadəcə olaraq onların çatışmazlıqlarını ört-basdır etmələri ilə bağlı idi", - o əlavə edib.