ABŞ Ukraynaya 350 milyon dollarlıq hərbi yardımın transferini başa vurub
Dərc olunub:
1-04-2022, 08:27
ABŞ administrasiyası Kiyevə 350 milyon dollarlıq hərbi yardım paketinin transferini başa çatdırıb.
Bu barədə Pentaqonun sözçüsü Con Kirbi brifinqdə bildirib.
Bununla yanaşı, əvvəlcə elan edilən 200 milyon dollarlıq yardım artıq Ukraynaya çatıb.
Kirbi qeyd edib ki, hazırda 800 milyon dollarlıq hərbi yardım artıq Ukraynaya gəlməyə başlayıb.