Sizin Reklam Burada

KİV: “Rusiya “Hizbullah”ın 800 muzdlusunu döyüşlərə cəlb edir”

KİV: “Rusiya “Hizbullah”ın 800 muzdlusunu döyüşlərə cəlb edir”Martın 29-da 200 “Hizbullah” muzdlusunun Rusiya tərəfində Ukrayna ilə müharibə üçün Belarusa göndərilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Novaya qazeta” nəşri yazıb.

Bildirilib ki, Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) nümayəndələri silahlı “Hizbullah” qruplaşması ilə yaraqlıların Ukraynaya göndərilməsi ilə bağlı danışıqlar aparıblar.

Məlumata görə, tərəflər Ukraynaya döyüşmək üçün 800 “Hizbullah” döyüşçüsü göndərmək barədə razılığa gəliblər. Hər bir döyüşçünün aylıq 1 500 ABŞ dolları məbləğində maaş alacağı vurğulanıb. Həmçinin bu qərara bonus olaraq “Hizbullah” və dolayısı ilə İran böyük razılaşmalar üçün müəyyən imtiyazlar qazana bilər.

Qeyd olunub ki, bu görüşdən qısa müddət sonra “Hizbullah” Suriyanın Hums əyalətinin Quseyr şəhərində səfərbərlik bürosu açıb.

Bundan əlavə, artıq Suriyanın Hələb, Yəbrud və Seyyidə-Zeynəb şəhərlərində “Hizbullah” yaraqlılarını səfərbər etmək üçün üç əlavə şöbə açılıb. Dördüncü şöbə isə Livanın paytaxtı Beyrutda açılıb.

Yerli KİV-in məlumatına görə, yaraqlıların Ukraynaya göndərilməsinin birinci mərhələsi martın 29-u çərşənbə axşamına planlaşdırılır. 200 muzdlunun Dəməşqdən Belarusun Qomel vilayətindəki hərbi hava bazasına köçürüləcəyi iddia edilir.

Ukraynaya qarşı müharibədə iştirak etmək üçün döyüşçülər Əl-Abbas və Əl-Radvan taborlarından cəlb edilir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Ukraynadakı müharibəyə Suriyanın bir hissəsinə nəzarət edən Bəşşar Əsədin və Livanın “Hizbullah” qruplaşmasının muzdlularını cəlb etdiyini bildirmişdi. Bununla belə, “Hizbullah”ın lideri Həsən Nəsrullah Baş Qərargahın bu məlumatını təkzib etmişdi.

Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər