Sizin Reklam Burada

ALDP 31 Mart Soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

ALDP 31 Mart Soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət edibAzərbaycan Liberal Demokrat Partiyası (ALDP) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət qəbul edib.

Müraciətdə deyilir:

Erməni faşıstlərı 1905-1907-ci və 1918-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Erməni faşıstlərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Erməni faşıstləri evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

31 mart və Xocalı soyqırımları, erməni faşıstlərın ölkəmizə, millətimizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri Dünya ictimayəti bilməlidir.

ALDP bir daha beynəlxalq təşkilatları və dövlətləri 31 mart və Xocalı soyqırımları bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırır.

Qeyd: Müraxiət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, Human Rights Watch, Amnesty İnternational, CARE International, Danish Refugee Council, Norwegian Refugee Council, International Alert, International Bridges to Justice, Save the Children International, Transparency International, World Vision, NDI, Avropa Parlamentinin bir sıra üzvlərinə və ALDP-nın əməkdaşlıq etdiyi partiyalara göndərilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər