"Rusiya ilə NATO arasında müharibə ehtimalı azdır" - Stoltenberq
Dərc olunub:
25-03-2022, 02:47
"Rusiya ilə NATO arasında tammiqyaslı müharibənin olma ehtimalı azdır".
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Buna baxmayaraq, o, Ukraynadakı hadisələrin “son dərəcə gözlənilməz” olduğunu bildirib.
Baş Katib NATO-nun yeni reallıqla üzləşdiyini və uzunmüddətli perspektivə hazırlaşmalı olduğunu vurğulayıb.