NATO yeni planı işə salıb, Atlantik okeanına qoşun yerləşdirib

NATO yeni planı işə salıb, Atlantik okeanına qoşun yerləşdiribNATO müdafiə planlarını aktivləşdirmək barədə qərar qəbul edib.

“Report”un xəbərinə görə, bu barədə Alyansın tviter səhifəsində bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında deyib ki, yeni qərar NATO-nu qorumaq məqsədilə verilib.

“NATO müttəfiqlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm nümayiş etdirməyəcək. Biz Alyansı qorumaq üçün müdafiə planlarımızı aktivləşdirmişik, hazırlıqlarımızı gücləndirmişik və Atlantik okeanının hər 2 tərəfinə qoşun yerləşdirmişik”, - hərbi ittifaqın lideri vurğulayıb.