Ukraynalı qaçqınları qəbul edən ölkələrə 3 milyard avro ayrılması təklif olunub
Dərc olunub:
23-03-2022, 08:49
Avropa Komissiyası (AK) Ukraynadan qaçqın qəbul edən Avropa İttifaqı ölkələrinə qurumun büdcəsindən 3 milyard avro ayırmağı təklif edib.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Humanitar Forumunda çıxışı zamanı deyib.
“Biz Ukraynadan olan qaçqınları qəbul edən üzv ölkələrimizə dəstək üçün əlavə 3 milyard avro ayırmağı təklif edirik”, - o deyib.
Onun sözlərinə görə, artıq Aİ-yə Ukraynadan təxminən 3,5 milyon qaçqın gəlib və bu, Avropa tarixində onilliklər ərzində ən pis humanitar böhrana çevrilib.