Batyanın ordusu Ukraynaya girsə... - Denisenko
Dərc olunub:
12-03-2022, 02:30
Belarusun Ukraynaya hücum ehtimalı nisbətən aşağıdır.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
“İndiyədək Belarus bizə müharibə elan etməyib, indiyədək heç bir belarus Ukrayna ərazisinə daxil olmayıb”, - Denisenko qeyd edib.
Onun sözlərinə görə, Belarusda əsl sosioloji sorğu keçirilib - əhalinin yalnız 3%-i Ukrayna ilə müharibəyə hazır olduğunu bildirib:
"Lukaşenko başa düşməyə bilməz ki, o, ordusu ilə bura yürüşə başlasa, bu, onun hakimiyyətinin sonunun başlanğıcı olacaq".
Onun sözlərinə görə, Belarus ordusu dünyanın ən güclü ordusu deyil.