Fransa kəskin şəkildə pislədi - İrandan cavab
Dərc olunub:
1-01-2022, 10:50
BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla nüvə sazişini təsdiq edən 2231 saylı qətnaməsi Tehranın kosmik tədqiqatlarla məşğul olmasını, fəzaya peyk buraxmasını qadağan etmir.
Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
“Qərb ölkələrinin açıqlamalarına baxmayaraq, heç bir qətnamə İrana kosmik araşdırmalar aparmağı, bu yöndə sınaq proqramlarını, o cümlədən peyk və raket daşıyıcılarını qadağan etmir”, - deyə Xətibzadə bildirib.
Qeyd edək ki, İran "Simurq” peyk daşıyıcısı vasitəsilə 3 tədqiqat peykini uğurla kosmosa çıxarıb. İranın bu addımı Avropa ölkələrinin qınağına səbəb olub. Xüsusilə Fransa nüvə danışıqlarının getdiyi bir vaxtda Tehranın belə bir qərar verməsini kəskin pisləyib.