Sizin Reklam Burada

“Taliban” ABŞ-ı məsuliyyətə cəlb etməyə çağırıb

“Taliban” ABŞ-ı məsuliyyətə cəlb etməyə çağırıbƏfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatının mətbuat katibi Zabiulla Mücahid ötən illər baş verən hadisələrə görə ABŞ-ı məsuliyyətə cəlb etməyə çağırıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Çin mətbuatına müsahibəsində ABŞ-ın avqustun 29-da Əfqanıstanın paytaxtı Kabilə 10 dinc sakinin, o cümlədən 7 uşağın ölümü ilə nəticələnən hava zərbəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, ABŞ-ın dinc sakinlərin ölümü ilə nəticələnən ilk hərəkəti deyil.

"Budur, ABŞ artıq 20 ildir Əfqanıstanda dinc vətəndaşları öldürür", - “taliblər”in nümayəndəsi deyib.

Mücahid qeyd edib ki, belə hadisələr humanitar fəlakətə gətirib çıxarır.

"ABŞ ötən illərdə baş verən hadisələrə görə məsuliyyətə cəlb edilməlidir. Onlar qətl və təzyiqin əvəzini vermək üçün, əfqan xalqı ilə əməkdaşlığa başlamalıdır", - mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, ABŞ hərbçilərinin avqustun 29-da Kabilə endirdiyi hava zərbəsi nəticəsində 10 dinc sakin həlak olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər