Meksika əfqan qaçqınlarını qəbul etməyə başladı
Dərc olunub:
19-08-2021, 11:10
Meksika Əfqanıstan qaçqınlarını ölkəyə girişinə icazə verib. Hətta onların ilk hissəsi artıq Meksikadadır.
"Sözcü" xəbər verir ki, ölkənin daxili işlər naziri Marselo Ebrard sosial media vasitəsi ilə məlumat verib. O bildirib ki, Meksikanın İrandakı səfiri Gillermo Puentenin səyləri nəticəsində qadınlar və azyaşlı qızlar olmaq üzrə Əfqanıstan vətəndaşlarının pasport qeydiyyat işlərinə başlanılıb.
Nazir onların təhlükəsizliyi səbəbilə kimliklərinin gizli tutulacağını vurğulayıb.