Sizin Reklam Burada

ABŞ-da hərbi təyyarə qəzaya uğradı, ölənlər var

ABŞ-da hərbi təyyarə qəzaya uğradı, ölənlər varABŞ-ın Alabama ştatında hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə "Fox News" yerli fövqəladə hallar üzrə agentliyin rəhbəri Kristina Torntona istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Montqomeri hava limanı yaxınlığında baş verib. Qəza nəticəsində 2 nəfər həlak olub.

Torntonun sözlərinə görə, qəzaya uğrayan iki nəfərlik T-38 təyyarəsidir. Hadisə yerinə Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının nümayəndələri və polis əməkdaşları gəlib.

Hava limanından WSFA telekanalına bildirilib ki, qəzanın baş verdiyi ərazidə yaşayış evləri də var. Lakin təyyarə hər hansı tikiliyə çırpılmayıb.

Təyyarə qonşu Missisipi ştatındakı aviabazada təlim uçuşu həyata keçirirmiş. Qəzanın başvermə səbəbi məlum deyil. Hadisə ilə bağlı təhqiqat aparılır.

Bu, ABŞ-da baş verən ikinci təyyarə qəzasıdır. Daha əvvəl Los-Anceles şəhərinin (Kaliforniya ştatı) limanında birmühərrikli təyyarə yük maşınının üstünə düşüb.

Report

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər