ABŞ-da koronadan ölənlərin sayı yarım milyonu ötdü
Dərc olunub:
20-02-2021, 07:34
ABŞ-da son sutka ərzində daha 1639 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.
Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin sayı 506 min 957 nəfərə çatıb.
Qeyd edək ki, indiyədək ABŞ-da 28,5 milyondan çox insan koronaya yoluxub.