Çin Hindistanla sərhəddən 200 tankını geri çəkdi
Dərc olunub:
12-02-2021, 11:49
Çin ordusunun 200 tankı Şərqi Ladakx bölgəsində yerləşən Hindistan ordusuyla təmas nöqtəsini tərk edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Hindustan Tayms” qəzeti yayıb. Məlumata görə, qoşunların çıxarılması qarşılıqlı razılaşma əsasında 10 fevralda baş tutub.
Çinin, həmçinin regiondan 100 ağır nəqliyyat vasitəsini çıxarmağa hazırlaşdığı bildirilib.
Hindistan ordusunun da Ladakxdan zirehli texnikasını çıxartdığı, amma döyüş hazırlığını qoruyub saxladığı vurğulanıb.