Sizin Reklam Burada

Ərəb KİV-lərində azərbaycanlı alimin 20 Yanvar hadisələri haqqında məqaləsi yayılıb

Ərəb KİV-lərində azərbaycanlı alimin 20 Yanvar hadisələri haqqında məqaləsi yayılıb"Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Azərbaycanda Yanvar hadisələri və Misirdə 1919 inqilabının oxşar cəhətləri” sərlövhəli məqaləsi Misir, Əlcəzair və Səudiyyə Ərəbistanı KİV-lərində yayılıb.

S.Nəsirovun, “Əl-Hərir”, “Əl-Ğərb”, “Sotabaldna”, “Əl-Vətən”, “Nəbd”, “Əl-Vəsiqə”, “Embassiesnews”, “wwnewss” və digər informasiya portallarında yayılmış məqalədə 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Bu qanlı hadisənin törədilməsindən əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.

Diaspor sədri o vaxt mövcud olan şəraiti 1919 cü ildə Misir inqilabında ermənilərin misirlilərə etdiyi xəyanətlə müqayisə edərək 20 yanvar hadisəsini oxucuların diqqətinə çatdırıb. Misirli tarixçi alim Əbdül Vəhhab əl-Nəccar "Qırmızı Günlər" əsərində qeyd edir ki, ingilislərin Misir inqilabına dini don geyindirmək səyləri iflasa uğrayandan sonra, misirlilər arasında nifaq, iğtişaş və fitnə fəsad törətmək üçün ermənilərdın istifadə olunur. Müəllif kitabın müxtəlif səhifələrində bir neçə ay davam edən xalq üsyanı ərəfəsində ermənilərin dəfələrlə misirliləri öldürdüklərini sübut edən məqamları qeyd edib. Bu xəyanətdə erməni qadınları da fəal iştirak ediblər. Onların öz evlərinin eyvanından mitinqlərdə iştirak edən misirlilərə atəş açdığı və azadlıq mücahidlərinin həbsi ilə bağlı şahidlik etdikləri qeyd edilir. Kitabda yoldan keçən bir misirlini öldürən Mari Əmiryan adlı bir erməni qadının xilas edilməsində ingilis və avstraliyalı əsgərlərinin səylərindən də bəhs olunur. Əl- Nəccar qeyd edir ki, ingilislərin himayəsi altında olmalarına baxmayaraq, misirlilər ermənilərdən dəfələrlə öz qisasını almağa müvəffəq olmuşlar.

Daha sonra misirli alim dünya ölkələrinin ikili standartlar mövqeyindən çıxış etməsindən yazıb: “Misirin hər guşəsində kəndlər yandırılır , insanlara qarşı soyqırımı törədilir və buna rəğmən heç bir ölkə bu törədilən faciəni qınamır. Amma düşmənçilik edərək qətliam törədən ermənilərdən qisas almağa başlayanda, ABŞ dərhal bizi qınayır”.

Məqalədə dünya ölkələrinin 1919-cü ildə Misirlə olduğu kimi, Azərbaycana qarşı da ikili standartlardan çıxış etdiyi, ermənilərə dəstək verdiyi qeyd edilir. Otuz il ərzində Qarabağda mədəni abidələrimizi məhv edən və məscidlərimizi təhqir edərək xarabaya döndərən ermənilərə etiraz etməyən UNESCO bu gün Qarabağda erməni irsinin qorunması adı altında bu cür mövqe sərgiləyir.

Müəllif vurğulayır ki, 31 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Diaspor rəhbəri Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasətinin misirli alim Şeyx Məhəmməd əl-Ğəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında da öz əksini tapdığını bildirir.

Yazıda 20 Yanvar hadisələri zamanı misirli deputatların və ölkə mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi pisləməsi xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilib, insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumduğunu vurğulanıb. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.

Məqalənin sonunda ermənilərə müraciət olunur: “Ümidvaram ki, ermənilər bu tarixi hadisələrdən nəticə çıxardacaq və bir daha xarici qüvvələrə güvənərək xalqlar arasında fitnə-fəsad törətməyəcəklər. Qoy sülh və əmin-amanlıq bütün dünyaya yayılsın, insanlar xoşbəxt yaşasınlar”.


https://alharir.info/%D8%A3%D8%AD%D8%AF%D8%A7%D8%AB-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D8%AB%D9%88%D8%B1%D8%A9-%D9%A1%D9%A9%D9%A1%D9%A9-%D9%81%D9%8A-%D9%85/?fbclid=IwAR29HJCWQP68Ai__Veeih3rxjhc7DO97hvf_ROxsXYjG1UzJhONM4wVUQyk
https://garbnews.net/news/s/182596?fbclid=IwAR0xCXbLF0Tlwy_jrIo2FTQwavdaEgYnZ0uoLdMY3wAGtHRpamwzex2tYL4
https://sotbaladna.com/5957/?fbclid=IwAR2vnxuaZ7PTAwLX06FLIs_7YXBFqF2N3-wBPH5XqDVyDvzdksmBbJt-1K4
https://www.elwathiqa.com/744
http://www.alwataneamag.com/%D8%A3%D8%AD%D8%AF%D8%A7%D8%AB-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D8%AB%D9%88%D8%B1%D8%A9-%D9%A1%D9%A9%D9%A1%D9%A9-%D9%81%D9%8A-%D9%85/?fbclid=IwAR29HJCWQP68Ai__Veeih3rxjhc7DO97hvf_ROxsXYjG1UzJhONM4wVUQyk
http://wwnewss.com/?p=14303&fbclid=IwAR34ZMYsL6tcbW5BnYVcDl27pSTgzfKXGW5mURat-_kPPqjgSWGFBPXi_b4
https://nabd.com/s/82748305-a3035e/%D8%A3%D8%AD%D8%AF%D8%A7%D8%AB-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D8%AB%D9%88%D8%B1%D8%A9-%D9%A1%D9%A9%D9%A1%D9%A9-%D9%81%D9%8A-%D9%85%D8%B5%D8%B1...-%D8%A7%D8%AE%D8%AA%D9%84%D8%A7%D9%81-%D8%A7%D9%84%D8%A3%D9%85%D8%A7%D9%83%D9%86-%D9%88%D8%AA%D8%B4%D8%A7%D8%A8%D9%87-%D8%A7%D9%84%D8%A3%D8%AD%D8%AF%D8%A7%D8%AB?fbclid=IwAR0EGuMv7_Pne0el6ieNVKLOLKzmXPfyHBxR3WdxP_5Zn6QZVLwoxd_Wf6M
http://embassiesnews.com/?p=6589&fbclid=IwAR0EGuMv7_Pne0el6ieNVKLOLKzmXPfyHBxR3WdxP_5Zn6QZVLwoxd_Wf6M

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər