Sizin Reklam Burada

Trampdan ŞOK AÇIQLAMA: "Gizli silahımız var"

Trampdan ŞOK AÇIQLAMA: "Gizli silahımız var""Birləşmiş Ştatlar heç kimin bilmədiyi silah sistemlərinə malikdir".

Bu barədə ABŞ prezidenti Donald Tramp Miçiqan ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.

Dövlət başçısına Amerika jurnalisti Bob Vudvordun nəşrə hazırlanan "Rage" ("Qəzəb") kitabındakı iddiaları şərh etməyi xahiş ediblər. Nəşr həmçinin Trampla Vudvordun 18 eksklüziv müsahibəsinə əsaslanır. Jurnalistin sözlərinə görə, ABŞ prezidenti onunla söhbətlərdə bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Çinin malik olmadığı yeni nüvə silah sistemini hazırlayıb.

"Bizdə əla silah var. Xeyr, mən məxfi (informasiya) haqqında danışmıram, mən o haqda danışıram ki, biz yaratdıq. Biz əla silahlar yaradırıq. Bizim Hərbi Qüvvələrimiz nə vaxtsa olduğundan daha güclüdür. Biz son 3,5 il ərzində Silahlı Qüvvələrimizə 2,5 trilyon ABŞ dolları xərclədik.

İndi bizdə yeni raketlər var. Ümid edirəm, bizə heç vaxt ondan istifadə etmək lazım gəlməyəcək, amma nüvə (silahımız-red) indi son onilliklər ərzində ən yaxşı vəziyyətdədir", - Tramp bununla bağlı suala cavab verib.

"Bizdə heç kimin bilmədiyi bəzi sistemlər var. Düzünü desək, mənə elə gəlir ki, belə davam etsə, daha yaxşı olacaq. Bizdə bəzi inanılmaz sistemlər var", - Ağ Evin başçısı davam edib. / "Report"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər