Sizin Reklam Burada

ABŞ-da küçələr döyüş meydanına çevrildi

ABŞ-da küçələr döyüş meydanına çevrildiMayın 25-də ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsilə başlayan etiraz aksiyalarının davam etdiyi bir vaxtda bu dəfə Luiziana ştatında polis Trayford Pellerini vuraraq öldürüb.

Publika.az-ın məlumatına görə, hadisənin videosu yayıldıqdan sonra Lafayette şəhərində etirazlar başlayıb. Polis kütləni dağıtmaq üçün tüstü bombalarından istifadə edir.

Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) polisin silahlı müdaxiləsini "qaradərili şəxsə qarşı dəhşətli, ölümcül polis zorakılığı" olaraq xarakterizə edib.

Trayfordun anası Mişel Pellerin bildirib ki, oğlu bir müddətdir sosial narahatlıq səbəbindən peşəkar yardım alıb və onun kütləvi yerlərdə təlaşlandığını, polislərdən qorxduğunu açıqlayıb.

Qeyd edək ki, Luiziana polisi 31 yaşlı Trayford Pellerinin əlində bıçaqla mağazaya girdiyi və təlaş yaratdığı üçün öldürüldüyünü açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər