Təyyarə niyə suya eniş etmədi... - Pilot açıqladı

Təyyarə niyə suya eniş etmədi... - Pilot açıqladı“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.

Mətbuat təyyarənin Rusiya tərəfindən vurulduğunu bildirib.

Qeyd edək ki, təyyarə Bakıdan Qroznıya uçurdu. Təyyarə daha sonra hələlik məlum olmayan səbəblərdən Aktauya yönəlib.

İctimaiyyət arasında təyyarənin niyə Xəzər dənizinə endirilməməsi də müzakirə edilib.

Məsələyə AZAL-ın kapitanı Tural Şahverdiyev aydınlıq gətirib.

Tural Şahverdiyev AzTV-yə açıqlamasında vurğulayıb ki, buna səbəb kapitanın təhlükəsiz şəkildə Aktau Hava limanına endirmək istəyi olub:

"Burada nə baş verdiyini biz bilmirik. Kapitanın qərarı mübahisə olunmur. Kapitan bu halda qərar verib ki, Aktau hava limanına eniş etsin. Təcrübəmə əsasən onu deyə bilərəm ki, mövcud situasiyada Xəzər dənizinə qəza enişi etsəydi, həlak olanların sayı daha çox ola bilərdi. Burada məqsəd təhlükəsiz eniş etmək olub. İşıqların yanması, təkərlərin açıq olması göstərir ki, bunlar uşuş-enmə zolağına enmək barədə tam qərar veriblər. Qərar doğruydu. Son anda baş verən uğursuzluq qəzanın baş verməsinə səbəb olub. Heyət birlikdə daha yaxşı iş görmək üçün əllərindən gələni edib. Kapitan suya enməyi qərarlaşdırmamışdı. Əgər suya enmək barədə qərar alsaydı, dərhal suya eniş edərdi. Əksinə kapitan Xəzərdən keçib Aktauya təhlükəsiz şəkildə enmə qərarı almışdı. "Qara qutu" tam araşdırıldıqdan sonra hadisənin niyən və nə səbəbdən baş verdiyi tam aydın olacaq. İndiki məqamda fərziyyələrə uyğun olaraq qu toqquşması zamanı təyyarənin hansı hissəsində problem yaranır ki, pilot uçuş-enmə zolağına enmə qərarı verir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər