Sizin Reklam Burada

Fazil Mustafaya hücumu “Qaraköynəklilər” təşkil edib

Fazil Mustafaya hücumuMillət vəkili Fazil Mustafaya qarşı terror aktı İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə həyata keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Haqqın.az” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

“Bu məqsədlə siyasi şiəlik düşərgəsinin fəallarından biri olan Azər Səricanov Azərbaycanda “Qaraköynəklilər” dəstəsi yaradıb. Törədilmiş cinayətin xarakteri, iştirakçıların şəxsiyyəti, istifadə etdiyi üsullar, eləcə də Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyat məlumatları bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun dayandığına dair əsaslı şübhələri gücləndirir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Fazil Mustafaya silahlı hücumdan əvvəl Azərbaycanın İrandakı səfirliyinə terror aktı törədilib:

“Azərbaycan hökuməti və ictimaiyyəti İranın hərəkətlərini Azərbaycana qarşı terror üsulları seçmiş bu ölkənin erməni xüsusi xidmət orqanlarının və millətçi dairələrinin fəaliyyət metodları ilə eyniləşdirir. Hüquq-mühafizə orqanları “Qaraköynəklilər” şəbəkəsinin bütün üzvlərinin müəyyən edilməsi istiqamətində fəal iş aparır. Qeyri-qanuni təşkilata qoşulan Azərbaycan vətəndaşları qanun çərçivəsində maksimum cəza alacaqlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər