Sizin Reklam Burada

Hacı Şahinin oğlu şok faktı açıqladı

Hacı Şahinin oğlu şok faktı açıqladıAtamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.

2016-cı ildən ürəyində problem olduğu barədə yayılan məlumatlara Hüseyn Həsənli belə cavab verib:

"Xeyr, yalan məlumatdır, bir ara mədəsində problem yaranmışdı, həmin gün də elə bilib yenə ağrı mədəsindəndir. Lakin həkim müayinəsi zamanı məlum olub ki, ürəyində problem var. Xəstəxanadan evə gecə gəldi. Gələndən sonra atamla danışdıq. Hər şeydən söhbət etdik, ölüm barədə də danışdı. Dedi mənim üçün ölüm asandır".

O, qardaşı Səccadın hələ də atasının ölümündən xəbərsiz olduğunu söyləyib:

"Bizə çox yaxşı ata idi. Daim ata kimi gözəl məsləhətlər verirdi, insanlara xidmət etməyi tövsiyə edirdi. Ən uca və ali məqamı insanlara xidmətdə görürdü. Deyirdi ki, insanlara xidmət etməklə ucalırsan. Evimizin nuru idi, həmişə başımızın üzərində idi. Allah bizə səbr versin. Böyük və ağır itkidir, tək ailəmizə yox, bütün millətə...".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər