İran mediası: Azərbaycan səfirliyinə o hücum edib - Video
Dərc olunub:
27-01-2023, 11:55
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum erməni tərəfindən edilib.
Bu barədə “Araz Nyus” Teleqram kanalı məlumat yayıb.
Kanal İran mətbuatına istinadla yaydığı məlumatda hadisənin erməni əsilli İran vətəndaşı tərəfindən törədildiyini bildirib.
Həmçinin, digər mənbələr hücum edən şəxsin artıq saxlanıldığına dair məlumatlar yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.