Şuşa-Xankəndi yolundakı aksiya İsrail mətbuatında
Şuşa-Xankəndi yolunda QHT nümayəndələri və ekoaktivistlər tərəfindən Ermənistanın Azərbaycan ərazisində ekoloji terrora qarşı etiraz aksiyası bu dəfə İsrailin nüfuzlu https://www.9tv.co.il saytında dərc olunub.
Avrasiya.net xəbər verir ki, aksiya ilə bağlı məlumat Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyev tərəfindən verilib.
Yazıda göstərilib ki, aksiya ermənilərin Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirilir.
Müəllif dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin diplomatik korpusun nümayəndələri ilə görüşündə söylədiyi fikirlərə də yer verib: "Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışıblar, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmayıb".
O da qeyd olunub ki, Azərbaycan Dövlət qurumu mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Yazının tam mətni aşağıdakı linkdə:
https://www.9tv.co.il/item/52542