Xankəndi yolunda aksiya: Etirazçılardan yeni tələb!
Dərc olunub:
13-12-2022, 10:52
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
Avrasiya.net xəbər verir ki, aksiya iştirakçıları yeni tələb irəli sürüblər.
Yeni tələb odur ki, Rusiya sülhməramlılarının postlarında Azərbaycanın aidiyyəti qurumlarının əməkdaşları da olsunlar və onlarla birgə xidmət aparsınlar.
Qeyd edək ki, Şuşa-Xankəndi yolu Rusiya sülhməramlıları tərəfindən bağlanıb.