Sizin Reklam Burada

İstanbul terrorunda ABŞ izi: Nazirin əlində sübutlar var

İstanbul terrorunda ABŞ izi: Nazirin əlində sübutlar var"İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktında kimlərin əli varsa, onlar sərt şəkildə cavablarını alacaq”.

Avrasiya.net xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən deputat Şamil Ayrım bildirib.

Onun sözlərinə görə, terror aktının törədilməsində ABŞ-ın ittiham olunması səbəbsiz deyil:

“Təəssüf ki, Türkiyə terror xəbəri ilə yasa boğuldu. Türkiyə təhlükəsizliyin təmin olunması üçün lazım olan bütün tədbirləri görür. Ölkəmizin birliyini pozmağa cəhd edən, onun narahat edən qüvvələrin hamısı layiqli cavablarını alacaqlar. Heç kim buna şübhə etməsin. Kimsə Türkiyəni bölə bilməyəcək. Biz ilk dəfə deyil ki, belə halla qarşı-qarşıyayıq, əvvəllər də Türkiyəni bölməyə çalışan qüvvələr olub, indi də var. Təbii ki, xainlərin arxasında kimlər dayanıbsa, cavab verəcək. Xainlər böyük dövlətlər olmadan belə addım ata bilməzlər. Yəqin ki, daxili işlər naziri Süleyman Soylunun əlində terrorun kimlər tərəfindən törədilməsi ilə bağlı sübutlar mövcuddur. Bu səbəbdən ABŞ-la bağlı açıqlama verildi".

Türkiyəli deputat İstanbul terroru ərəfəsində Azərbaycanın dəstəyini xüsusil vurğulayaraq, qardaş ölkələrin hər zaman bir yerdə olduqlarını söyləyib: "Azərbaycandan bizə çoxlu dəstək gəldi, acımızı paylaşdığınız üçün hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, ötən həftənin bazar günü Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticədə 6 nəfər dünyasını dəyişib, 81 nəfər xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən Suriya əsilli Əhlam Əlbəşir saxlanılaraq istintaqa cəlb olunub.

O, polisə ifadəsində PKK və bu terror təşkilatının Suriya qolu olan PYD/YPG tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və təxribatlar törətmək üçün Türkiyəyə göndərildiyini bildirib. Şübəli qadın terror təşkilatının Kobanidəki qərargahından İstanbulda terror aktı törətmək barədə təlimat aldığını etiraf edib.

Ümumilikdə isə hadisə ilə əlaqədar 50 nəfər saxlanılıb, hazırda istintaq tədbirləri davam etdirilir.

Onu da bildirək ki, Türkiyə rəsmiləri terror aktının törədilməsində ABŞ-ı ittiham ediblər. DİN rəhbəri Süleyman Soylu ABŞ səfirliyinin verdiyi başsağlığını qəbul etmədiklərini söyləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər