Sizin Reklam Burada

Azərbaycanlılar səfirliyə hücumla bağlı Britaniyaya müraciət etdi

Azərbaycanlılar səfirliyə hücumla bağlı Britaniyaya müraciət etdiBritaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib.

Bu barədə Avrasiya.net-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanıb. Həmçinin Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının Londonun mərkəzi küçələrindən birində yerləşən Azərbaycan səfirliyinə edilmiş hücumu şiddətlə qınadığı, bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu, Azərbaycanın dövlət atributlarına və ərazisinə təcavüz olduğu bildirilib.

"Biz bunu qətiyyətlə pisləyirik. Bu cür əməllər xalqımızın radikal dini ideologiyaya və onların tətbiq etməyə çalışdığı zülmə qarşı birgə mübarizə əzmini daha da gücləndirəcək", - qeyd olunub.

Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsindəki boşluğu üzə çıxardığı və ev sahibi ölkənin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görməli olduğu qeyd edilib: "Azərbaycan Respublikası hər cür dini ekstremizmə qarşı çıxan tolerant, dünyəvi dövlətdir. Bu hücum Azərbaycanın Cənub-Şərqi Avropaya tədarük təmin etmək üçün neft-qaz sektorunda Aİ ilə əlaqələrini daha da inkişaf etdirməsi və Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının həlledici mərhələyə çatması ilə eyni vaxta təsadüf edir, böyük ehtimalla bu imkanları sıradan çıxarmaq, Birləşmiş Krallıqla Azərbaycan arasında gündən-günə inkişaf edən münasibətləri korlamaq və Böyük Britaniyanı qeyri-sabit ölkə kimi təqdim etmək məqsədi daşıyır".

Böyük Britaniyada yaşayan azərbaycanlılar ölkədə diplomatik-siyasi sabitliyin bərpa olunması məqsədilə radikal kriminal qruplasmanın üzvlərinin ölkədən çıxarılmasını tələb ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər