Ermənistan öhdəlikləri yerinə yetirmir - Prezident
Dərc olunub:
6-08-2022, 00:21
Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib.
Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyətli bəyanatlar səsləndirilir.