Sizin Reklam Burada

Paşinyandan Brüssel görüşü öncəsi KRİTİK MESAJ: Azərbaycanla razılaşmalıyıq

Paşinyandan Brüssel görüşü öncəsi KRİTİK MESAJ: Azərbaycanla razılaşmalıyıq"Ermənistanın Azərbaycanla sülh müqaviləsi məsələsində qeyri-müəyyən mövqedə olmasının səbəbi ondan ibarətdir ki, orada Nikol Paşinyan təkbaşına qərar qəbul edə bilmir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, sabahkı Brüssel görüşündə Nikol Paşinyan Azərbaycanın şərtlərini qəbul edə bilər:

"Əgər Paşinyanın komandası varsa, onun böyük problemi də var. O problem də ondan ibarətdir ki, o komandanın içində bir neçə tirəlik var. Faktiki olaraq komandanın rəhbəri varsa, - hazırda Ermənistanda parlament idarəçiliyinin şahidiyik və parlament çoxluğunun nümayəndəsi həm də hakim partiya sayılır və orada koalisiya var. Bilirik ki, bu komandanın rəhbəri də Nikol Paşinyandır.

Biz Ermənistan təcrübəsində həmişə şahid oluruq ki, onların taleyüklü qərar qəbul etməkdə heç də İrəvanda oturan rəhbərin səlahiyyəti yoxdur. İlk növbədə diaspora təşkilatları, xüsuilə də ABŞ-dakı ANKA təşkilatı, Avropa ölkələrində - Fransada, Belçikada və digər ölkələrdə olan diaspora təşkilatlarının rəhbrləri bu proseslərə çox kobud sürətdə, ağına-bozuna baxmayaraq müdaxilə edirlər. Ona görə də bu rəhbərin özünün qətiyyəti çatmır ki, ümumiyyətlə idarəetməni özünə bağlasın, onun məsuliyyətini şəxsən özü daşısın. O, bunu bacarmır. Niyə bacarmır?! Çünki bunlar əvvəl-axır həmişə diasporaların əlinə baxırlar. Bunun da səbəbi odur ki, Ermənistan iqtisadiyyatı işləmir, ölkə daxilində vəziyyət gərgindir, sosial problemlər gündən-günə dərinləşir. Bu səbəbdən də rəsmi İrəvan həmişə "yetim payına", yardımlara möhtacdırlar. Yardım göndərən də deyir ki, "Bilirsən nə var, mən razılıq vermədən istər Türkiyə ilə bağlı olsun, istərsə də Azərbaycanla bağlı, qərar qəbul etmə".

Bu proseslərdən görürük ki, həqiqətən də zaman Azərbaycanın xeyirinə işlədi, Azərbaycan bu vəziyyətdən kifayət qədər məharətlə istifadə etdi. Amma zamana qarşı işləyən Ermənistan da indi faktiki olaraq elə bir zəlil vəziyyətdədir ki, çalışır vaxt udmaqla daxiləki bütün oponentlərə göstərsin ki, "biz əgər nəyəsə qərar verəcəyiksə bu, yeganə çıxış yoludur". Yəni əgər söhbət Azərbaycanın 5 bəndlik sülh təklifindən gedirsə, əlbəttə ki, bu, Ermənistan üçün də çıxış yoludur, türkiyə də bunu anlayır. Çünki regionda olan natamam, subyektivliyini itirmiş ölkə Ermənistandır və onun yükü gündən-günə ağırlaşır. Ona görə də indiki məqamda Nikol Paşinyanın qəsdən bu süründürməçiliklə məşğul olması ondan irəli gəlir ki, o, məhz bu sistem daxili oponentlərinə, müxaliflərə göstərir ki, "Daha başqa çıxış yolumuz yoxdur. Biz Azərbaycanın dediyi ilə razılaşmalıyıq". Həqiqətən də Azərbaycanın təklifləri hər iki tərəf üçün çox uyğun, rasional təkliflərdir və Ermənistan onlardan həqiqətən də faydalanacaq.

İndi gördüyümüz kimi ABŞ-la maliyyə yardımı məsələsində ANKA arasında nə qədər böyük qalmaqallar yaşanır. Erməni lobbi təşkilatının rəhbərləri ABŞ-a, Ağ Evə müraciət ediblər ki, o yardımları artırsınlar. Onlar hay-həşir qaldırıblar ki, "siz Ermənistanı yalnız buraxmalı deyildiniz, Ermənistan regionda təkdir, qonşu dövlətlər ona düşməndir və s.". Bu baxımdan çox güman ki, Brüssel görüşlərində bu dəfə artıq Nikol Paşinyan ola bilsin ki, tamhüquqlu ölkənin nümayəndəsi kimi özünü nümayiş etdirsin və qəti qərarını versin".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər