Rus ordusu Ukraynadan bu tarixdə çıxacaq - Ekstrasens
2022-ci ildə Rusiyanı heç də yaxşı dəyişikliklər gözləmir.
Axar.az xəbər verir ki, bunu məşhur “Bitva ekstrasensov” şousunun iştirakçısı Aleksandr Kantonistov deyib.
Onun sözlərinə görə, martın sonundan aprelin 6-dək Rusiyada Putinə etiraz edənlərin hamısının təmizləmələri aparılacaq. Həmçinin, Rusiyada ab-hava sərtləşəcək, bu da daha çox insanın narazı qalması deməkdir:
“Aprelin ortaları dönüş nöqtəsi olacaq. Bu zaman Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması mümkündür. İyunun əvvəlindən Putin üçün həyatında ən kritik dövr başlayır - onu zəhərləmək və fiziki məhvinə çalışmaq cəhdləri olacaq. Çox güman ki, Putin təqib maniyasını gücləndirəcək. Repressiya güclənə bilər”.
Ekstrasensin iddiasına görə, ölkədə “5-ci kolon” şübhəsi genişlənəcək.
Putinin sağlıq durumu ilə bağlı isə ekstrasens avqust-sentyabr aylarını “olduqca təhlükəli” dövr kimi xarakterizə edib.