Ukraynadan cavab həmləsi - 130 rus hərbçi öldü

Ukraynadan cavab həmləsi - 130 rus hərbçi öldüUkrayna hərbçiləri ölkənin şərqində Rusiya ordusunun hücumunu dəf edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Vostok” əməliyyat-taktiki qrupunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində Rusiya ordusu 130 hərbçini itirib. Bundan əlavə, Rusiyanın xeyli sayda hərbi texnikasının məhv edildiyi qeyd olunub.