Sizin Reklam Burada

Zelenski Ukraynanın itkilərini elan etdi

Zelenski Ukraynanın itkilərini elan etdiRusiyanın bu səhər hücumu nəticəsində 3 sərhədçi, 7 hərbçi və iki mülki vətəndaş həlak olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Hazırda 3 sərhədçinin həlak olması və yaralılar barədə məlumat var. Heç nəyə baxmayaraq, sərhədçilər işğalçı ilə döyüşür”, - məlumatda bildirilib.

Bildirilib ki, Xerson vilayətinin Kopani və İvano Xersonsk yaşayış məntəqələrində döyüşlər gedir.

Qeyd edək ki, bundan öncə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko Brovarıya endirilən hava zərbəsi nəticəsində bir nəfərin həlak olduğunu, 6 nəfərin yaralandığını bildirmişdi.

Həmçinin, Mariupolda bir uşaq və üç mülki şəxs yaralandığı açıqlanmışdı.

***

Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub.

Bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko məlumat verib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı daha 169 ukraynalı yaralanıb.

***

Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib

O qeyd edib ki, Ukraynanın daha 316 hərbçisi yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər