Beyləqanda dəhşətli cinayət - Bir ailənin 4 üzvü öldürüldüDekabrın 2-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.
Videosu yayılan polkovnikin istintaqı yekunlaşdıFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Məhəmməd Əkbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ müəyyən edilməyib.

Avrasiya.net xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Zaur Mirzəyevin cinayət işi üzrə iki qadın zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və fotoçəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla, 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq, cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək, ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.
İlham Əliyev Şəki sakinləri ilə söhbətləşdi - FotoPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə sakinlərlə görüşüblər.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram hesabında paylaşım edib.

"Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinə səfər zamanı sakinlərlə görüşüb söhbət ediblər, xatirə şəkilləri çəkdiriblər", - paylaşımda qeyd olunub.
"Fransa senatının və Milli Assambleyanın qəbul etdiyi qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur"«Fransız yazıçısı Aleksandr Düma ermənilərin kim olduğunu çox aydın şəkildə ifadə etmişdi: "Ermənilər xəstə millətdir... erməni xəstəliyi erməni toplumunun varlığı qədər əbədidir"... Nə yazıq ki, dahinin müasirləri terroru, separatizmi, işğalçılığı dövlət siyasətinin əsası hesab edən ermənilərin əsl simasını görməzlikdən gəlirlər. Noyabrın 15-də Fransa Senatının və noyabrın 30-da Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə bu ölkənin ədalətsiz mövqeyini bir daha nümayiş etdirdi. Bununla da, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi otuz illik vasitəçilik fəaliyyətinin iç üzü bir daha bəlli oldu. »

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Senatın və Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransanın Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə ilə barışa bilmədiyini bir daha sübut edir. Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları hər birimiz yaxşı xatırlayırıq. Sözügedən qətnamələr son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sayca dördüncü sənəddir. Bu da o deməkdir ki, Fransanın ölkəmizə qarşı bu cür addımları məqsədli xarakter daşıyır, onun xarici siyasətinin tərkib hissəsinə çevrilib. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir. Fransanın bu mövqeyi isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədir, xalqların rifahına və təhlükəsizliyinə xidmət etmir. Ermənistan oyuncaq bir dövlət olduğundan, hər bir dövlət müxtəlif vasitələrlə işğalçı ölkəni istədikləri səmtə yönəldə və istədikləri maraqları onlara diqtə edə bilir.

Deputat əlavə edib ki, Fransa senatının və Milli Assambleyanın qəbul etdiyi bu qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur. Makronun və erməni lobbisinin təsiri ilə qəbul edilən qətnamə, icra mexanizmi belə mümkün olmayan oyuncaq bir sənəddir. Qəbul edilmiş hər iki qətnamə tövsiyə xarakteri daşıyır, hüquqi qüvvə daşımır. Əvvəlki qətnamələrdə olduğu kimi, orada yer almış tövsiyələrin heç biri nəzərə alınmayacaq və unudulacaq. Dövlət başçımızın qeyd etdiyi kimi, Qarabağın erməni əhalisinin hüquqları Azərbaycanın daxili məsələsidir. Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanla bağlı belə absurd ittihamlar irəli sürməsi də çox gülüncdür.
Bakıda polis zabiti vəfat etdiBakıda polis baş leytenantı xəstəlik səbəbindən vəfat edib.

Avrasiya.net Ölkə.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon, 7-ci Polis Bölməsinin əməkdaşı 1983-cü il təvəllüdlü Abdullayev Rövşən Kamran oğlu ürək çatışmazlığından dünyasını dəyişib.

Polis zabiti Respublika Diaqnostika Mərkəzində müalicə alırdı.

Məlumata görə, R.Abdullayev bir müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Lavrovun Qarabağ açıqlaması İrəvanda şok yaşadırRusiya XİN başçısı Sergey Lavrovun Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatı, həmçinin müharibədən öncə rayonların qaytarılması və statusun müəyyənləşməsi haqda (“5+2 rayon” təklifi) Kremlin vaxtilə təkliflər irəli sürməsi, İrəvanın razılaşmaması, 44 günlük müharibədən sonra isə vəziyyətin dəyişdiyini deməsi xüsusilə rusiyayönlü ermənilərdə şok effekti yaradıb.

Axar.az xəbər verir ki, erməni müxalif siyasilər və ekspertlər Lavrovun “bu qədər açıq danışmasının səbəbini” müəyyən etməyə çalışırlar.

S.Lavrov eyni zamanda Soçidə Rusiyanın sülh sazişinin imzalanması, Qarabağın “statusu”nun isə “gələcək nəsillərə saxlanması” barədə təkliflə çıxış etməyə hazırlaşdıqlarını da bildirib. Lakin deyib ki, İrəvan Praqa və Vaşinqtonda 1991-ci il Almatı bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bu təklifin üstündən xətt çəkmiş oldu. Belə ki, Almatı bəyannaməsi keçmiş DQMV-nin Azərbaycan ərazisi olduğunu təsdiqləyir, öz ərazisindəki muxtar qurumu salayıb-saxlamamaq isə birbaşa Azərbaycanın işidir.

Mövzu ilə bağlı danışan “Ermənistan” blokunun deputatı Geqam Manukyan da bildirib ki, Praqa görüşündən sonra, Soçi görüşündən əvvəl onlar İrəvanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığı “narahatlığını” bildirmişdilər:

“İndi, təəssüf ki, bu barədə Rusiyanın xarici işlər naziri də danışır. Bamayaraq ki, mən Lavrovun Almatı bəyannaməsinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqlədiyi barədə interpretasiyası ilə razı deyiləm”.

O deyib ki, indiyə qədər heç kim Almatı bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünün tanındığını gündəmə gətirməmişdi. Yalnız Paşinyan bunu bildirməklə, əslində Qarabağın Azərbaycan ərazisi olduğunun indi deyil, 31 il öncə tanındığını elan edib.

“Nikol Paşinyan Soçi görüşü öncəsi demişdi ki, Rusiyanın öz təklifini verməsi yaxşı olardı. Təsəvvür edirsinizmi, Ermənistan Qarabağ məsələsini qaldırmır, Paşinyan bütün məsuliyyəti Rusiyanın çiyinlərinə qoyur. Bununla da İrəvan Soçidə Rusiya tərəfini çox pis situasiya ilə üz-üzə qoydu”.

Lavrovun bu qədər açıq və sərt danışığına gəlincə, Manukyan deyib ki, Ermənistanda hər şeydə Rusiyanın günahlandırılmasından Moskva artıq bezib.
Bakıda BƏƏ-nin 51-ci ildönümü qeyd edilib - FotolarBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müstəqilliyinin 51-ci ildönümünü qeyd edir. Bu məqsədlə BƏƏ-nin ölkəmizdəki səfirliyi rəsmi qəbul təşkil edib.

Avrasiya.net-in məlumatına görə, dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycanın və BƏƏ-nin dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd əl-Bluşi Əmirliklərin inkişaf tarixindən söz açıb. Bildirib ki, bu gün hər bir BƏƏ vətəndaşının qəlbində əziz xatirə olan gün - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaradılmasının 51-ci ildönümü qeyd edilir.

"Bu il, eyni zamanda, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, dövlət başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən təşrif buyuran turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olduğunu göstərir", - deyib cənab əl-Bluşi.

Səfir həmçinin qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ölkəsinin regional və beynəlxalq arenada öz mövqeyini və fəal rolunu gücləndirir.

“50-nin Prinsipi” barədə ətraflı məlumat verən səfir deyib ki, bu gündə "50-nin Prinsipi" haqqında danışmaq onun üçün böyük şərəfdir. "BƏƏ növbəti 50 il ərzində artım və inkişafın yeni mərhələsinə qədəm qoyur və “50-nin Prinsipi” olkədə istinad edilən on prinsipi təmsil edir. Bu sənəd Birliyin sütunlarını gücləndirmək, dayanıqlı iqtisadiyyat qurmaq və daha firavan cəmiyyət üçün bütün mümkün resurslardan istifadə etmək məqsədilə BƏƏ-nin yeni iqtisadi, siyasi, inkişaf və sosial yüksəliş erası üçün strateji yol xəritəsini müəyyən edir”, - səfir deyib.

BƏƏ neftdən uzaq, iqtisadi diversifikasiyanı təşfiq edən iqtisadi strategiyalar qəbul edir və ölkə elmi və texnoloji tərəqqi ilə gücləndirilmiş bilik və müxtəlifliyə əsaslanan iqtisadiyyat qurmaq üzərində işləyir.

Diplomat qeyd edib ki, fərqli etnik və dini mənsubiyyətdən olan 200-dən artıq xalqın nümayəndəsinin yaşadığı BƏƏ insan hüquqlarının qorunmasına tam sadiqdir. İllər ərzində BƏƏ bütün ətəndaşlar və rezidentlər, xüsusilə qadınlar, uşaqlar, işçilər və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Əmirliklərin Konstitusiyasında göstərildiyi kimi, ədalətli rəftar təmin edən müəyyən fundamental hüquqları təsbit edən bir sıra qanun və qaydalar təsbit olunub.

"1971-ci ildən 2021-ci ilədək 50 illik dövrdə BƏƏ 322 milyard dirhəm həcmində xarici yardım göstərib. 208,3 milyard dirhəm həcmində qrantlar isə ümumi yardımın 65 faizini təşkil edir" deyən səfir sözlərini bu cümlələrlə tamamlayıb: "Biz növbəti 50 il ərzində və ondan sonrakı dövrdə Dördüncü Sənaye İnqilabında görkəmli iştiraka, möhkəm bilik iqtisadiyyatının inkişafına və dünya ilə ünsiyyətə dəstək verən mədəni diplomatiyanın şahidi olacağıq".

Tədbirdə Azərbaycan hökumətini təmsil edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ölkələrimiz arasında çox yaxşı münasibətlər var gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirmək niyyətindədirlər.

“Dövlətlərimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması şübhəsiz ki, iki ölkə liderləri arasında səmimi dostluq münasibətləri, onların müdrik uzaqgörənliyi, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir”, - deyə S.Babayev bildrib.

Nazir indiyədək iki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayələrin qoyulması, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalandığını vurğlayıb.

Bu ilin yanvar - oktyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artdığı vurğulanaraq bu məbləğin 90 milyon dolları keçdiyi diqqətə çatdırılıb.

“Dubay şəhərində ölkəmizin 2017-ci ildən ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların körfəz ölkələrində satışını təşkil etmək üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Azərbaycan tərəfindən BƏƏ-yə otən dövr ərzində 513 milyon dollar həcmində sərmayə yatırılıb. Azərbaycanda 233 BƏƏ investisiyalı şirkət fəaliyyət göstərir”, - deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, 2008-ci ildə yaradılan iqtisadi, ticarət, texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti müxtəlif sahələrdə inkişaf edib. Əməkdaşlıq istiqamətlərində bərpa olunan enerji, turizm sahələrinin də önəmli rol oynadığı vurğulanıb.

“Azərbaycan “Expo-2020 Dubai” sərgisinə dəstək verən ilk ölkədir. Dünyanın ən böyük sərgilərindən olan “Expo-2020 Dubai”da Azərbaycan “Gələcəyin toxumları” mövzusunda geniş pavilyonla təmsil olunub. 30 ilə yaxın davam edən işğaldan azad edilən Azərbaycan ərazilərində hazırda sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu prosesde biz dost BƏƏ şirkətlərinin də iştirakını dəstəkləyirik”, - deyə S.Babayev bildirib.

Nazir inandığını bildirib ki, Azərbaycan Prezidenti İham Əliyev tərəfindən təməli qoyulan Ələt Azad İqtisadi Zonasında həyata keçiriliəcək layihələr də BƏƏ-nin biznes dairələri üçün maraqlı olacaq.

Əmək və əhalinin sosial müadifəsi naziri Azərbaycanla BƏƏ arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini bildirib.
Müdafiə Nazirliyini aldadan iş adamı - 9 milyonluq yeyintiHazırda həbsdə olan azərbaycanlı iş adamı, “Bina Tikinti Kompaniyası” MMC-nin sahibi Üzeyir Həsənov barəsində açılmış cinayət işinin detalları məlum olub.

Avrasiya.net “Kriminalqafqaz”a istinadən xəbər verir ki, iş adamı ümumilikdə 9 milyon manata yaxın dövlət əmlakını mənimsəməkdə təqsirli bilinir. İttihama görə, Ü.Həsənov şirkətin baş mühasibi Emil Dadaşev və qeyriləri əlbir olaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Ona etibar edilmiş xüsusilə külli miqdarda dövlət əmlakını qulluq mövqeyindən istifadə etməklə talayıb.

Belə ki, Ü.Həsənov 2011-2017-cı illərdə Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində həyata keçirilən mərkəzi silah-sursat anbarlarının tikintisi, kommunikasiya xətləri, ərazinin abadlaşdırılması, tikinti və mebel avadanlıqlarının quraşdırılmasına görə dövlət büdcəsindən ayrılmış 7 milyon manatdan çox pulu mənimsəyib. Müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi yerinə yetirilmədiyi və dəyərlərinin artırıldığı halda rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib.

Bundan başqa, o, 2018-2019-cu illərdə baş mühasiblə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasına görə dövlət büdcəsindən ayrılmış 1.8 milyon manatadan çox pulu mənimsəyib.

Ü.Həsənov barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Ü.Həsənov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Müharibəni dayandırmaq üçün onları inandırmalıyıqBəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Müharibənin davam etdirilməsinin tərəfdarı olan bəzi müttəfiqlərimizi Ukraynanı Rusiya ilə danışıqlar masası arxasına oturtmağa inandırmalıyıq”, - Çavuşoğlu qeyd edib
"Fransa parlamentariləri Makronun çaldığı havaya oynayırlar"Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni biraz diqqətlə oxuyan hər kəs görür ki, bu sənəd Fransa Senatının iki həftə əvvəl qəbul etdiyi bədnam qətnamənin demək olar ki, təkrarıdır. Çünki ikisi də eyni “mətbəx”də hazırlanıb. Hər iki qətnamənin müəllifləri Fransa prezidenti Emmanuel Makronun partiyasının – “İntibah” (“Renessans”) partiyasının üzvü olan deputatlar, senatorlar tərəfindən hazırlanıb.

Başqa sözlə desək, Fransa parlamentarilərinin öz müstəqil mövqeləri yoxdur, onlar Makronun çaldığı havaya oynayırlar. Makron isə gördüyümüz kimi fransız demokratiyasının və parlamentarizminin qəbrini qazmaqla məşğuldur. Milli Assambleyanın 256 deputatının hamısı bir nəfər kimi yekdilliklə sözügedən qətnaməyə səs veribsə, demək Fransada demokratiya, pluralizm, fikir azadlığı artıq çoxdan ölüb. 256 şəxsin arasında heç olmasa, bir nəfər də olsun bu qətnamənin əleyhinə çıxmağa cəsarət göstərməyibsə, deməli, dünyaya “demokratiya dərsi” keçməyə can atan Makron Fransanın özündə isə “demokratik” diktatura yaradıb. Odur ki, demokratiyadan, insan hüquqlarından və o cümlədən ermənilərin hüquqlarından kim danışsa da, Makronun isə bu mövzularda danışmağa qətiyyən mənəvi ixtiyarı yoxdur.

Fransa hal-hazırda 20-yə yaxın Afrika ölkəsini iqtisadi cəhətdən sömürməyə, dil və mədəni baxımdan diskriminasiyaya məruz qoyursa, eyni zamanda vaxtilə Əlcəzairdən və digər müstəmləkələrdən talan edilib Parisə aparılan mədəni sərvətləri, maddi-tarixi nümunələri bu gün də geri qaytarmaq istəmirsə, o zaman Makronun diktəsi ilə qətnaməyə səs verən, qərar qəbul edən Senat və Milli Assambleyanın bu gün Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan və separatçılığa, revanşizmə meyllənən bir ovuc erməninin hüquqları və təhlükəsizliyi haqda, eləcə də “erməni abidələri”nin qorunmasının vacibliyi ilə bağlı əsassız tələblərlə çıxış etməsi tamamilə absurddur və riyakarlıqdır.

Fransa parlamentariləri nə zaman obyektiv və ədalətli olmağı öyrənsələr, o zaman Azərbaycana yol göstərərlər. Erməni lobbisinin əlində oyuncağa çevrilən fransalı siyasətçilərin isə Azərbaycana yol göstərməyə, Bakıdan nəyisə tələb etməyə heç bir ixtiyarı yoxdur. Fransız xalqı bilməlidir ki, Makron və bu günkü fransız siyasi elitası Fransaya nifrət qazandırmaqla məşğuldur.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri