Sizin Reklam Burada

"Fransa parlamentariləri Makronun çaldığı havaya oynayırlar"

"Fransa parlamentariləri Makronun çaldığı havaya oynayırlar"Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni biraz diqqətlə oxuyan hər kəs görür ki, bu sənəd Fransa Senatının iki həftə əvvəl qəbul etdiyi bədnam qətnamənin demək olar ki, təkrarıdır. Çünki ikisi də eyni “mətbəx”də hazırlanıb. Hər iki qətnamənin müəllifləri Fransa prezidenti Emmanuel Makronun partiyasının – “İntibah” (“Renessans”) partiyasının üzvü olan deputatlar, senatorlar tərəfindən hazırlanıb.

Başqa sözlə desək, Fransa parlamentarilərinin öz müstəqil mövqeləri yoxdur, onlar Makronun çaldığı havaya oynayırlar. Makron isə gördüyümüz kimi fransız demokratiyasının və parlamentarizminin qəbrini qazmaqla məşğuldur. Milli Assambleyanın 256 deputatının hamısı bir nəfər kimi yekdilliklə sözügedən qətnaməyə səs veribsə, demək Fransada demokratiya, pluralizm, fikir azadlığı artıq çoxdan ölüb. 256 şəxsin arasında heç olmasa, bir nəfər də olsun bu qətnamənin əleyhinə çıxmağa cəsarət göstərməyibsə, deməli, dünyaya “demokratiya dərsi” keçməyə can atan Makron Fransanın özündə isə “demokratik” diktatura yaradıb. Odur ki, demokratiyadan, insan hüquqlarından və o cümlədən ermənilərin hüquqlarından kim danışsa da, Makronun isə bu mövzularda danışmağa qətiyyən mənəvi ixtiyarı yoxdur.

Fransa hal-hazırda 20-yə yaxın Afrika ölkəsini iqtisadi cəhətdən sömürməyə, dil və mədəni baxımdan diskriminasiyaya məruz qoyursa, eyni zamanda vaxtilə Əlcəzairdən və digər müstəmləkələrdən talan edilib Parisə aparılan mədəni sərvətləri, maddi-tarixi nümunələri bu gün də geri qaytarmaq istəmirsə, o zaman Makronun diktəsi ilə qətnaməyə səs verən, qərar qəbul edən Senat və Milli Assambleyanın bu gün Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan və separatçılığa, revanşizmə meyllənən bir ovuc erməninin hüquqları və təhlükəsizliyi haqda, eləcə də “erməni abidələri”nin qorunmasının vacibliyi ilə bağlı əsassız tələblərlə çıxış etməsi tamamilə absurddur və riyakarlıqdır.

Fransa parlamentariləri nə zaman obyektiv və ədalətli olmağı öyrənsələr, o zaman Azərbaycana yol göstərərlər. Erməni lobbisinin əlində oyuncağa çevrilən fransalı siyasətçilərin isə Azərbaycana yol göstərməyə, Bakıdan nəyisə tələb etməyə heç bir ixtiyarı yoxdur. Fransız xalqı bilməlidir ki, Makron və bu günkü fransız siyasi elitası Fransaya nifrət qazandırmaqla məşğuldur.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər