Sizin Reklam Burada

Fransa Senatı separatizmə dəstək verir

Fransa Senatı separatizmə dəstək verirİsrail Təhlükəsizlik Akademiyasının Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini pisləyən bəyanat verib.

- Fransa Senatının ardından Fransa Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə Fransanın erməni təəsübkeşliyindən qaynaqlanır. Fransa Senatı və Milli Assamnleyası Azərbaycanın öz qanuni və beynəlxalq hüquqla tanınan torpaqlarını‚ məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 ardıcıl qətnaməni icra edərək işğaldan azad etməsi halı ilə qətiyyən barışmır. Fransa Senatı və Milli Assambleyası bu irqçi və ikili standarrları sərgiləyən ermənipərəst xarakterli qətnamələri ilə işğalçılığa‚ erməni separatizminə və erməni cinayətlərinə birbaşa dəstək verməkdədir.

1992-93-cü illərdə Ermənistanın işğalı və etnik təmizləmə siyasəti nəticəsində 1.000.000-dan artıq Azərbaycanlı öz doğma el-obasından məcburi köçkün və qaçqın düşmüşdür. Bu 1.000.000 insan işğal illərində böyük müsibətlərə və məşəqqətlərə məruz qalıb. Təkcə 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı və boranlı qış gecəsində Ermənistan hərbi qüvvələri Livan və Fələstindən gətirilmiş muzdlu döyüşçülərlə birlikdə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq bütün şəhəri darmadağın etmiş‚ əliyalın günahsız insanları qarlı və çovğunlu havada gülləbaran etmiş‚ qoca və uşaq demədən qundaqdakı körpələrə qədər süngülərə keçirmiş‚ insanları tankların altında əzmişlər. Bununla da da tarixdə misli görünməyən barbarlıq və vandalizm törətmişlər. Beləcə Ermənistan hərbi qüvvələri tarixin ən ağır qanlı qətliamlarından və kütləvi insan qırğını olan Xocalı soyqırımını törətmişlər.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüquqi kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq ictimaiyyət və BMT tərəfindən qəbul edilən və beynəlxalq hüquqla qorunan suveren sərhədlərinə daxil olaraq 20 faiz Azərbaycan torpağına qarşı hərbi təcavüz edərək‚ 30 ilə yaxın vaxt ərzində Azərbaycan torpaqlarını işğalda saxlamışdır. Ermənistan hərbi qüvvələri daxil olduğu Azərbaycan torpaqlarını dağıdıraq əhalisini‚ dinx sakinləri kütləvi məhv etməyə çalışıb. Bu‚ işğalçı Ermənistanın ən ağır hərbi cinayətidir.

Yaxın 30 il bölgənin bütün tarixi erməni hərbi cinayətləri və terrorları ilə dolub daşır. Bütün Qarabağ başdan ayağa erməni vandalizminə bürünüb. Qarabağın hər qarışında erməni vandalizmi və erməni cinayətləri mövcuddur. Fransa hökuməti‚ Senat və Milli Assambleyası ilk öncə Qarabağdakı erməni vəhşiliklərinə və erməni vandalizminə hüquqi qiymət verməlidir. Qarabağdakı bütün azərbaycanlı qəbrlər‚ Azərbaycanlılara məxsus dini və tarixi abidələr tamamilə dağıdılmış və yerlə yekaan edilmişdir. Ermənistan hərbi qüvvələri işğal etdikləri hər yeri dağıdıb viranəyə çeviriblər. Hal-hazırda 30 il əvvəl Azərbaycan torpaqlarının işğalı ilə başlayan işğal müddətində törədilən vandalizm aktlarının mahiyyəti tükürpədicidir. Bu işğal və vandalizm aktları nəticəsində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəymişdir.

Beynəlxalq qanunlara əsasən Ermənistan hökuməti bu maddi və mənəvi zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir. Fransa Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz evindən didərgin və köçkün düşən 1.000.000 azərbaycanlınının hüququnu kobud və qəddarcasına pozaraq erməni cinayətlərinə haqq qazandırır. Başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərindən ərazisinə daxil olaraq onu işğal etmək və əhalisini öz evindən didərgin salmaq‚ əliyalın insanları qoca-cavan demədən gülləbaran etmək məhz beynəlxalq qanunlarla ən ağır cinayətdir. Bütün erməni vəhşiliyi dünya ictimaiyyətinə məlumdur. Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı dövlət kimi tanınıb və işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsini tələb edən 4 BMT qətnaməsi mövcuddur. BMT TŞ-nın qətnamələri məcburidir və Fransa özü bu qurumun 5 daimi üzvündən biridir. BMT Nizamnaməsinə görə Fransa özü BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət və icra etməyə borcludur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Qarabağın Azərbaycan ərazisi olduğu qeyd edilir. Amma Fransa hökuməti‚ Senat və Milli Assambleyası bu qədər erməni hərbi cinayətlərinin törədildiyi Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qərəzli və anti-qətnamələrlə Ermənistanın hərbi cinayətlərinə və işğalçılıq siyasətinə dəstək verərək açıq aşkar Ermənistanın hərbi cinayətlərinə şərik olur.

Açıq aydın görünür ki‚ erməni təəssübkeşliyindən və ermənipərəstlikdən qaynaqlanan bütün anti-Azərbaycan xarakterli addımları ilə Fransa Ermənistana siyasi dəstək verərək bölgədə sülhü və sabitliyi pozmağa çalışır. Fransa Senatı və Milli Assambleyasının Qarabağla bağlı anti-Azərbaycan xarakterli qətnamələri beynəlxalq hüquqa və BMT qətnamələrinin ruhuna ziddir. Fransa bu addımları ilə beynəlxalq qanunları və BMT Nizamnaməsini pozur. Ümumiyyətlə Fransanın mövqeyi sadəcə kağız parçasıdır və bu qətnamələrin dünyada heçbir rəsmi və hüquqi əsası yoxdur.

Çünki‚ Fransa senatının və Assambleyasının mövqeyindən öncə 4 BMT qətnaməsi mövcuddur. Azərbaycan 1992-ci ildə müstəqil dövlət olaraq BMT-yə daxil olarkən məhz bu ərazilərlə birlikdə tanınıb‚ təqdim etdiyi mötəbər sübutlarla‚ hüquqi sənədlərlə məhz bu ərazilərlə birgə BMT-yə daxil olub. Azərbaycanın ərazi bütövlüyü hələ 1992-ci ilə Qarabağ da daxil olmaqla tanınıb. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bunun fonunda Fransanın ermənipərəst qətnamə qəbul etməsi son dərəcə absurddur və gülünc doğurur. Çünki‚ hər bir ölkənin suveren sərhədləri beynəlxalq qanunlarla qorunur. Birləşmiş Millətlər Təşkilatı üzvlüyündə olan bütün dövlət və ölkələrin sərhədlərinin qorunmasına və istilasının qarşısının alınmasına hüquqi qaydada borcludur.

Lakin‚ aydın görünür ki‚ Fransa hökuməti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanmasına can atır. Fransanın məqsədi Cənubi Qafqazda və xüsusən işğaldan azad edilmiş Azərbaycan ərazilərində növbəti təxribatların törədilməsidir. Qarabağı işğal etmiş separatçıların legitimliyini tanımaq‚ separatizmi və terrorçuluğu dəstəkləməkdir. Fransa Qarabağda vaxtilə varlığını elan etmiş qondarma separatçı rejimin legitimliyini tanımaqla və separatçılara siyasi dəstək ifadə etməklə işğaldan azad edilmiş Azərbaycan torpaqlarına qarşı ermənilərin təxribatlar və hərbi cinayətlər törətməsnə zəmin hazırlayır. Bilavasitə Fransa özü qəsbkarlıq və işğalçılıq siyasəti yeridir. Əlbəttə ki‚ bu qərarların qəbul edilməsi erməni lobbi və diasporasının sifarişi və istəyidir. Aşkar görünür ki‚ Fransa sadəcə erməni maraqlarını qoruyur və bu səbəbdən Azərbaycana qarşı yalan və böhtan kampaniyalarına başlayıb.

Bu qətnamələr Azərbaycana qarşı təsir və təzyiq məqsədi daşıyır. Açıq görünür ki‚ Fransada hüquq və qanunlar yox‚ sifarişlər və xüsusən erməni istəkləri icra olnur. Qondarma və uydurma erməni soyqırımı layihəsinin də təşəbbüskarı‚ ideya və senari müəllifi məhz Fransadır. Fransa bu qətnamələrlə Cənubi Qafqazda qarışıqlıq yaratmaq və yeni təxribatlara şərait yaratmaq niyyətindədir.

Hazırda Fransa Milli Assambleyasının qətnaməsi ikili standartlardan və ermənipərəstlikdən qaynaqlanır. Etnik separatizmə dəstək vermək‚ ekstremizmə və terrorizmə dəstək verməkdir. Bu hal ermənilərin hərbi cinayətlər və terrorlar törətməsinə dəstək xarakteri daşıyır.


Biz‚ bir daha Fransa Senatı və Milli Assambleyasının anti-Azərbaycan xarakterli qətnamələrini qətiyyətlə pisləyir‚ bu qətnamələrin beynəlxalq hüququn və BMT Nizamnaməsi və qətnamələrinin əksinə olduğunu və bununla da beynəlxalq hüququn ağır şəkildə pozulduğunu ifadə edirik. Bildiririk ki‚ Azərbaycan beynəlxalq qanunlarla tam haqqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Fransa senatının və Milli Assambleyasının qəbul etdiyi qətnamə yalan və böhtan xarakterlidir və anti-Azərbaycan kampaniyasının və siyasətinin elementidir.

Fransa Milli Assambleyasının qətnaməsinin heçbir hüquqi əsası yoxdur və sadəcə erməni terroruna və erməni cinayətlərinə dəstək xarakterlidir.

Görünən odur ki‚ Fransa sadəcə özünün ermənipərəstlik‚ irqçilik və imperialist qəsbkar siyasətini yeritməyə çalışaraq bölgədə Azərbaycana qarşı son dərəcə qərəzli‚ yalan və böhtan dolu anti-kampaniyalara başlayıb. Fransanın Azərbaycana qarşı həyata keçirtmək istədiyi bütün anti-kampaniyalara qarşı Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqqlı mövqeyinə öz dəstəyimizi ifadə edirik. Qarabağ Azərbaycanın qanuni və hüquqi ərazisidir və tarixi Azərbaycan torpağıdır. Qarabağda heçbir zaman erməni varlığı olmayıb.
Biz‚ Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır.


İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər