Sizin Reklam Burada

Bakıda BƏƏ-nin 51-ci ildönümü qeyd edilib - Fotolar

Bakıda BƏƏ-nin 51-ci ildönümü qeyd edilib - FotolarBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müstəqilliyinin 51-ci ildönümünü qeyd edir. Bu məqsədlə BƏƏ-nin ölkəmizdəki səfirliyi rəsmi qəbul təşkil edib.

Avrasiya.net-in məlumatına görə, dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycanın və BƏƏ-nin dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd əl-Bluşi Əmirliklərin inkişaf tarixindən söz açıb. Bildirib ki, bu gün hər bir BƏƏ vətəndaşının qəlbində əziz xatirə olan gün - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaradılmasının 51-ci ildönümü qeyd edilir.

"Bu il, eyni zamanda, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, dövlət başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən təşrif buyuran turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olduğunu göstərir", - deyib cənab əl-Bluşi.

Səfir həmçinin qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ölkəsinin regional və beynəlxalq arenada öz mövqeyini və fəal rolunu gücləndirir.

“50-nin Prinsipi” barədə ətraflı məlumat verən səfir deyib ki, bu gündə "50-nin Prinsipi" haqqında danışmaq onun üçün böyük şərəfdir. "BƏƏ növbəti 50 il ərzində artım və inkişafın yeni mərhələsinə qədəm qoyur və “50-nin Prinsipi” olkədə istinad edilən on prinsipi təmsil edir. Bu sənəd Birliyin sütunlarını gücləndirmək, dayanıqlı iqtisadiyyat qurmaq və daha firavan cəmiyyət üçün bütün mümkün resurslardan istifadə etmək məqsədilə BƏƏ-nin yeni iqtisadi, siyasi, inkişaf və sosial yüksəliş erası üçün strateji yol xəritəsini müəyyən edir”, - səfir deyib.

BƏƏ neftdən uzaq, iqtisadi diversifikasiyanı təşfiq edən iqtisadi strategiyalar qəbul edir və ölkə elmi və texnoloji tərəqqi ilə gücləndirilmiş bilik və müxtəlifliyə əsaslanan iqtisadiyyat qurmaq üzərində işləyir.

Diplomat qeyd edib ki, fərqli etnik və dini mənsubiyyətdən olan 200-dən artıq xalqın nümayəndəsinin yaşadığı BƏƏ insan hüquqlarının qorunmasına tam sadiqdir. İllər ərzində BƏƏ bütün ətəndaşlar və rezidentlər, xüsusilə qadınlar, uşaqlar, işçilər və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Əmirliklərin Konstitusiyasında göstərildiyi kimi, ədalətli rəftar təmin edən müəyyən fundamental hüquqları təsbit edən bir sıra qanun və qaydalar təsbit olunub.

"1971-ci ildən 2021-ci ilədək 50 illik dövrdə BƏƏ 322 milyard dirhəm həcmində xarici yardım göstərib. 208,3 milyard dirhəm həcmində qrantlar isə ümumi yardımın 65 faizini təşkil edir" deyən səfir sözlərini bu cümlələrlə tamamlayıb: "Biz növbəti 50 il ərzində və ondan sonrakı dövrdə Dördüncü Sənaye İnqilabında görkəmli iştiraka, möhkəm bilik iqtisadiyyatının inkişafına və dünya ilə ünsiyyətə dəstək verən mədəni diplomatiyanın şahidi olacağıq".

Tədbirdə Azərbaycan hökumətini təmsil edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ölkələrimiz arasında çox yaxşı münasibətlər var gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirmək niyyətindədirlər.

“Dövlətlərimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması şübhəsiz ki, iki ölkə liderləri arasında səmimi dostluq münasibətləri, onların müdrik uzaqgörənliyi, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir”, - deyə S.Babayev bildrib.

Nazir indiyədək iki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayələrin qoyulması, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalandığını vurğlayıb.

Bu ilin yanvar - oktyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artdığı vurğulanaraq bu məbləğin 90 milyon dolları keçdiyi diqqətə çatdırılıb.

“Dubay şəhərində ölkəmizin 2017-ci ildən ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların körfəz ölkələrində satışını təşkil etmək üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Azərbaycan tərəfindən BƏƏ-yə otən dövr ərzində 513 milyon dollar həcmində sərmayə yatırılıb. Azərbaycanda 233 BƏƏ investisiyalı şirkət fəaliyyət göstərir”, - deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, 2008-ci ildə yaradılan iqtisadi, ticarət, texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti müxtəlif sahələrdə inkişaf edib. Əməkdaşlıq istiqamətlərində bərpa olunan enerji, turizm sahələrinin də önəmli rol oynadığı vurğulanıb.

“Azərbaycan “Expo-2020 Dubai” sərgisinə dəstək verən ilk ölkədir. Dünyanın ən böyük sərgilərindən olan “Expo-2020 Dubai”da Azərbaycan “Gələcəyin toxumları” mövzusunda geniş pavilyonla təmsil olunub. 30 ilə yaxın davam edən işğaldan azad edilən Azərbaycan ərazilərində hazırda sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu prosesde biz dost BƏƏ şirkətlərinin də iştirakını dəstəkləyirik”, - deyə S.Babayev bildirib.

Nazir inandığını bildirib ki, Azərbaycan Prezidenti İham Əliyev tərəfindən təməli qoyulan Ələt Azad İqtisadi Zonasında həyata keçiriliəcək layihələr də BƏƏ-nin biznes dairələri üçün maraqlı olacaq.

Əmək və əhalinin sosial müadifəsi naziri Azərbaycanla BƏƏ arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər