Şuşada yanacaq yüklü maşın aşdı: ölən var
Dərc olunub:
2-12-2022, 11:13
Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mersedes” markalı avtomobil aşıb.
Bu barədə Avrasiya.net-ə DİN-dən məlumat verilib.
Məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.