Sizin Reklam Burada

Ziyafət Əsgərov Makronu hədələdi

Ziyafət Əsgərov Makronu hədələdiİki gün əvvəl Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə əslində Fransa Senatı tərəfindən qəbul olunan qətnamənin surətidir. Mən qətnaməni oxudum. İki məsələni əsas kimi götürürlər: biri Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi, digəri erməni abidələri... Təsəvvür edin ki, 30 il ərzində ermənilər azərbaycanlıların bütün mədəni abidələrini dağıdıblar, məscidləri pis vəziyyətə qoyublar, amma Fransadan reaksiya olmayıb. Qarabağda erməni abidəsi var? Olanlar alban abidələridir və erməniləşdirilib.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ziyafət Əsgərov deyib.

“Son 30 il ərzində azərbaycanlıları öz evlərindən qovdular, hüququnu pozdular. Bəs onda harada idiniz?” – deputat bildirib.

Z.Əsgərov əlavə edib ki, Fransa Vyetnamdan Afrikaya qədər 50 ölkəni tutub və hamısını da soyub:

“Bu gün Fransa rəsmən Afrikanın 14 ölkəsini soyur. Nədir ki, Fransa onlara müstəqillik verib. Budur sənin ədalətin! Həddinizi aşmayın, Fransa prezidenti, Qarabağ Azərbaycandır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər