Gəncədə 4 nəfər dəm qazından zəhərləndi: ölən varGəncə şəhərində 4 nəfər mənzildə dəm qazından zəhərlənib, onlardan biri ölüb.

Avrasiya.net xəbər verir ki, 2000-ci il təvəllüdlü Zəhra Rəsul qızı Musayeva xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.

Bildirilib ki, 2015-ci il təvəllüdlü Zeynəb Rəsul qızı Musayeva, 2018-ci il təvəllüdlü Dərya Tural qızı Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Tural qızı Musayeva Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi və orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Səbuhi Məmmədlinin səhhəti ilə bağlı rəsmi məlumatJurnalist Səbuhi Məmmədlinin səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub.

Avrasiya.net xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, indiyədək TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qeydə alınan xəstəlikləri üzrə müalicə kursu keçib.

Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.

Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Eləcə də xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə davamlı olaraq dializlə təmin edilir.

Hazırda onun müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir. Nəzərdə tutulan əməliyyatı üçün bu gün zəruri müayinə və analizlərdən keçib. Sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə sabah əməliyyat olunması planlaşdırılır.

Dəyərli həmkarımıza şəfa diləyir və onu da qeyd etmək istəyirəm ki, çoxsaylı jurnalist həmkarlarımız, çalışdığı kollektiv, rəhbərliyi, Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi Səbuhi Məmmədlinin səhhəti ilə daim maraqlanır və tibb personalın nəzarəti altında onu ziyarət edirlər.
Qüdrətli dövlətin Qüdrətli Partiyası – Yeni Azərbaycan PartiyasıBu günlərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi böyük təntənə ilə qeyd edildi. Bu partiya keçən bu müddət ərzində özünü sözün əsil mənasında xalqın partiyası kimi sübut etdi. Ulu Öndər Heydər Əliyevin adı ilə yaradılan Yeni Azərbaycan Partiyası keçdiyi dövlətimizin inkişafında, güçlənməsində mühüm rol oynadı. Bu il noyabr ayının 21 – də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev geniş nitq ilə çıxış etmişdir.

Cənab Prezident bu partiyanın yaranması üçün o zamanlar yaranan tarixi zərurətdən sız açaraq bildirmişdir ki, Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.

Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.
Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi.

Cənab Prezident bildirdi ki, müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. O vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı.

Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi.

Bütün fəaliyyəti boyu yalnız Azərbaycanın rifahını fikirləşən Ümummilli Lider Heydər Əliyevin ölkəmiz üçün elədiklərini vurğulayan cənab Prezident bildirdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər.
Xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə - nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.

Ulu Öndər Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır; Unudulmaz tarix. YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi.
İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox idi. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı, çox ciddi iqtisadi islahatlara start verildi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Ordu quruculuğu sahəsində atılan addımlar imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq.

Bütün planları həyata keçirmək üçün güclü maliyyə imkanları olmalı idi. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı.

1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.
Nəhayət 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar.

Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir.

Bu inkişaf dövründə cənab İlham Əliyev bir sıra rəqəmlərə də toxundu. 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu amil həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Ölkənin valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur.

Bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. Dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Aparılan iqtisadi islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək.
Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər.

Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın.
Eləcə də bildirildi ki, ölkədə yoxsulluq əhəmiyyətli dərəcədə azalıb. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir.

Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir.

Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır.

1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi geniş vüsət almışdır. Onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır.

Enerji təhlükəsizliyi. Bu gün dünyada gedən proseslər göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir. Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Bizim üstünlüyümüz ondadır ki, təbii sərvətlərimiz var. Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. Neft-qaz layihələri ölkəmizin beynəlxalq mövqelərini də gücləndirdi;
Ali Baş Komandan İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır.

- Ölkəmiz üzv olmadığı, amma Ermənistanın üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir;

Bir sözlə Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Bu gün ölkəmizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır. Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik.

Dövlət başçısı bildirdi ki, xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq.

Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

Cənab İlham Əliyevin bu çıxışı da həm tədbir iştirakçılarının, həm də milyonlarla azərbaycanlının böyük rəğbəti ilə qarşılandı.

Anar Məmmədov
Xətai rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
Tədbir iştirakşısı
Milyarder Əhmədov hansı generalların səsini yazıb? - Adlar bəlli olduAzərbaycanlı milyarder, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədov ətrafında qalmaqal getdikcə daha ciddi xarakter almağa başlayır.

Əgər ilk günlər onun saxlanılması, obyektlərində axtarış aparılması və DTX tərəfindən dindirilməsi barədə söhbətlər gedirdisə, hazırda milyarderin ünvanına olduqca ciddi və konkret ittihamlar irəli sürülür.

Belə ki, o, hansısa biznes məsələsi və ya iqtisadi cinayətlərə görə deyil, daha ağır cinayətdə - Azərbaycanda Rusiyanın xeyrinə casusluq fəaliyyətində günahlandırılır. Qeyd olunur ki, Fərhad Əhmədov Azərbaycan Silahlı Qüvvələrində yüksək vəzifə tutan zabitlərin danışıqlarını gizli şəkildə qeydə aldırıb.

Bəs, Fərhad Əhmədov bu danışıqları necə lentə aldırıb? Söhbət hansı ali rütbəli sabitlərdən gedir?

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, Fərhad Əhmədovun Azərbaycan Silahlı Qüvvələrinin ali komandanlığı ilə əlaqəli informasiya şəbəkəsi yaratdığı bildirilir.

Onun yaxın keçmişdə Azərbaycanın ordu komandanlığında yüksək vəzifələrdə çalışmış aşağıdakı şəxslərin konfidensial danışıqlarının audioyazısını apardığı bildirilir:

1) Rövşən Əkbərov

1965-ci ildə anadan olub, general-leytenantdır. Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbi, Kiyev Ali Ümumqoşun Komandanlıq Məktəbi, eləcə də Ukrayna Hərbi Akademiyasında təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrində sonuncu vəzifəsi 4-cü Bakı Korpusunun komandiri olub. 2011-ci ildən korpus komandiri olan Rövşən Əkbərov 2020-ci ildə vəzifədən uzaqlaşdırılıb. 2021-ci il martın 16-da həbs olunan general Əkbərov Ukrayna ərazisində iş adamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunub və həmin il oktyabrın 27-də 10 il həbs cəzası alıb.

2) Vahid Əliyev

1969-cu ildə anadan olub, general-leytenantdır. Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbini və Andropov adına Leninqrad Hərbi-Siyasi Akademiyasını bitirib. 1990-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Xüsusi təyinatlı alayında xidmət edib. 2002-2017-ci illərdə müdafiə məsələləri üzrə Azərbaycan prezidentinin köməkçisi, eyni zamanda 2012-ci ildən 2017-ci ilə qədər Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

3) Hikmət Həsənov

1975-ci ildə anadan olub, general-mayordur. İngilis, türk, fars və erməni dillərində sərbəst danışır. 2003-cü ildə Çin Xalq Respublikasının Xalq-Azadlıq ordusu Quru Qoşunları Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə Almaniyada NATO-nun əməliyyat planlaşdırılması kursunu başa vurub, həmçinin NATO-nun Əməliyyat Qərargahında təcrübə keçib. 28 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Birinci Ordu Korpusunun komandiri təyin edilib. 2016-cı ilin aprel ayında Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinə komandanlıq edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak edib. 2021-ci il avqustun 3-də tutduğu vəzifədən uzaqlaşdırılıb.

4) Babək Samidli

1974-cü ildə anadan olub, polkovnik idi. Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbini, 1997-ci ildə isə Türkiyə Quru Qoşunları Məktəbini bitirib. Türkiyə Silahlı Qüvvələrinin tərkibində hərbi təcrübə keçib. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Birinci Ordu Korpusunun Əməliyyat İdarəsinin rəisi vəzifəsində (H.Həsənovun komandanlığı altında) Qarabağda döyüş əməliyyatlarında və İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci ildə Birinci Ordu Korpusu komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini təyin edilib. 23 noyabr 2020-ci ildə müharibə bitdikdən iki həftə sonra mina partlaması nəticəsində həlak olub.

Göründüyü kimi, sadalanan şəxslərdən 3-ü 2000-ci illərin sonuna qədər ölkənin ən elit hərbi təhsil ocağı sayılan Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbini bitirib. Bundan əlavə onların hər biri xaricdə (Ukrayna, Rusiya, Çin, Türkiyə) əlavə hərbi təhsil alıb. Siyahıdakılardan 3 nəfər 2020-2021-ci ilə qədər yüksək ordu komandanlığının tərkibində olub.

Həmçinin sadalanan şəxslərlə İkinci Qarabağ müharibəsi başlayandan az sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılan Nəcməddin Sadıqov arasında əlaqə olub.

N.Sadıqovun Rusiyanın adamı olması, ona qarşı rəsmi Moskvanın xeyrinə casusluq etməsi ittihamı hər kəsə bəllidir.

Rusiyalı milyarderin yüksək vəzifə tutan 3 general və 1 polkovnikin danışıqlarının audioyazısını aparması isə əlbəttə, hansısa biznes maraqlarından irəli gələ bilməz. Nəzərə alsaq ki, həmin zabitlər ordu rəhbərliyində yüksək vəzifə tutub və bir çox məxfi məlumatlara malik olublar, onda Əhmədovun əməlinin səbəbi ilə bağlı yalnız bir versiya irəli sürmək olar: Milyarder məxfi məlumatları digər ölkəyə - Rusiyaya ötürmək üçün əldə edib.
KTMT Azərbaycanla sərhədə missiya GÖNDƏRİRKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana yardım tədbirləri haqqında qərar layihəsi hazırlayıb.

Bu barədə KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, Təhlükəsizlik Şurası rəhbərlərinin birgə iclasında deyib.

Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etdiyini deyən Zas qeyd edib ki, İrəvana yardım layihəsi tərəflərin rəy və təklifləri əsasında tərtib olunub.

“Bura KTMT-nin monitorinq missiyası da aiddir”, - deyə baş katib bildirib.

Qeyd edək ki, bu gün İrəvanda KTMT-nin sammiti keçirilir. Ermənistana yardım layihəsi sammitdə müzakirə olunacaq.
DTX-nın əməliyyat keçirdiyi Gömrük Komitəsinin sədri İsa Həbibbəylinin oğludur - FOTOXəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylidir.

Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.
Sensasiya: Rusiya ərazisinə hücum planı hazırdır - GeneralHazırda Ukrayna ordusu sıralarında əhval-ruhiyə pik həddədir. Bunun da çox aydın səbəbləri var. Bizdə olan məlumata əsasən, Ukrayna ordusu üç istiqamətdə genişmiqyalı hücuma hazırlaşır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin general-leytenantı Leonid Reşetnikov “Rossiya 1” telekanalının canlı efiri zamanı deyib.

“Ukrayna ordusu bu hücumlara çox güclü hazırlıq aparır. Məqsəd isə Şebekin və Valuyek (Rusiya Federasiyası, Belqorod vilayəti – red.) şəhərlərinə nəzarəti ələ keçirməkdir. Amma Ukrayna unudur ki, bu şəhərlərə hücum olduğu an Kiyevə nüvə zərbəsi endirilə bilər. Şebekin və Valuyek tam olaraq döyüş zonasından kənarda olan dinc şəhərlərdir. Kreml üçün bu şəhərlərin itirilməsi qəbuledilməz sayılır. Amma unutmayaq ki, bu, Kiyevin deyil, Qərbin planıdır. Məqsəd Rusiyada panika yaratmaq və Putinin hakimiyyətinə son verməkdir”, - deyə o qeyd edib.

Bərdəli fermerlərə ekoloji təmiz məhsul istehsal etməyin faydaları təşviq olunubAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Bərdə rayonunun fermerləri üçün seminar təşkil edilib.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Layihə rəhbəri Musa Muradlı bildirib ki, layihə çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Layihənin əhəmiyyətindən danışan M.Muradlı qeyd edib ki, qida təhlükəsizliyinin təmin olunmasında fermerlərin böyük rolu var. Ekoloji təmiz məhsul istehsalı günün ən aktual tələblərinə çevrildiyindən fermerlər keyfiyyətli, kimyəvi maddələrdən uzaq məhsulların yetişdirilməsinə daha çox önəm verməlidir.

Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul haqqında əhatəli çıxış edib. Bildirib ki, sağlamlığın qorunması baxımından ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı genişləndirilməlidir. İstehsalçı istehlakçıların ekoloji təmiz məhsullarla təmin olunmasında özündə məsuliyyət hiss etməli, kimyəvi mineral gübrələrlə yetişdirilmiş məhsulları bazara çıxarmaqdan çəkinməlidir. Belə bir məsuliyyət fermerin vətəndaşlıq mövqeyində, vətənpərvərlik hissində özünü göstərməlidir.

Xosrov Musayev bildirib ki, Qarabağ bölgəsi işğaldan azad olunandan sonra Prezidentimizin rəhbərliyi ilə genişmiqyaslı quruculuq işlərinə başlanılıb. İri infrastruktur layihələri həyata keçirilir, yollar, hava limanları inşa olunur. Gələcəkdə turizmin inkişafı üçün hərtərəfli işlər görülür. Qarabağın tezliklə yerli əhali ilə yanaşı, xarici qonaqlar üçün də cazibəli məkana çevrilməsi uzaqda deyil. Bütün bunlar bölgəyə gələn qonaqların təmiz ekoloji məhsullarla təminatını aktual edib. Fermerlərimiz ekoloji təmiz məhsulların istehsalını genişləndirməklə həm sağlamlığa töhfə vermiş olar, həm də iqtisadi gəlirlərini artıra bilərlər.

Müzakirələrlə davam edən tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb.

DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir - Saxlanılanlar varAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalara başlayıblar.

Avrasiya.net xəbər verir ki, bu barədə Bakudays.com saytı məlumat yayıb.

Hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər. Binada axtarışlar aparılır.

Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.
ADAU-da professor-müəllim heyəti ilə silsilə görüşlər keçirilirAzərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən Universitetin rektor vəzifəsinin icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsinin professor-müəllim heyəti ilə görüşlərin bütün fakültələrdə keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, keçirilən görüşlərin məqsədi qarşıda duran perspektivlər, təhsilin keyfiyyətinin yüksəldilməsi, imtahan sessiyasının təşkili və qarşıda duran digər məsələlərin müzakirəsidir.

Sonra fikir və təkliflər dinlənilib, suallar cavablandırılıb.