İsraildəki terror aktına görə 3 nəfər tutulub
Dərc olunub:
23-11-2022, 13:07
Yerusəlimdəki partlayışlarla əlaqədar 3 nəfər saxlanılıb.
Xarici KİV xəbər verir ki, saxlanılanlar fələstinlidirlər.
Çərşənbə günü İsrailin Yerusəlim şəhərindəki mərkəzi avtovağzal yaxınlığında partlayış olub. Hadisə nəticəsində 22 nəfərin yaralandığı, 1 nəfərin öldüyü bildirilib.
İsrail rəsmiləri hadisənin terror aktı olduğunu bəyan ediblər.