"Azərbaycan İranla sərhədlərimizə hər zaman dostluq və sülh sərhədləri kimi baxıb"Üzdə özünü bizə dost kimi göstərməyə çalışan, lakin əsl həqiqətdə isə təcavüzkar və terrorçu Ermənistanı açıq-aşkar dəstəkləyən İranın silahlı qüvvələrinin Araz çayını keçib Qarabağa hücum etməsi əslində nəzəri olaraq da, praktiki cəhətdən də mümkündür. İran kimi etibarsız bir qonşudan hər cürə davranışı gözləmək olar.

Bu baxımdan, hazırda İran ordusunun Azərbaycana zərbələr endirmək və Qarabağa qoşun yeritmək şəklində ssenarilərə hazırlaşdığı, hücum üçün məşq etdiyi barədə yayılan xəbərlərə ciddi yanaşmalıyıq. Hələ-hələ bu xəbərlər İsrail və ABŞ kimi İran rəsmilərinin və fars mətbuatının ənənəvi "düşmən" obrazında təqdim etdiyi ölkələr deyil, İranın bilavasitə ən yaxın qonşusu və müttəfiqi Ermənistanın öz mediası və ekspertləri tərəfindən yayılırsa, biz bunun növbəti dezinformasiya olduğunu düşünməklə bərabər, həmçinin real fakt olması ehtimalını da yoxlamalıyıq.

Əgər Ermənistanın tanınmış iranşünas eksperti Vardan Voskanyan öz müsahibəsində hazırda Arazboyu sərhədlərimizdə hərbi təlim keçirən İranın Azərbaycan üzərinə həqiqətən də hücuma hazırlaşdığını iddia edirsə və İranın Azərbaycandakı səfirliyi də ictimai rezonansı görüb tez əl-ayağa düşürsə və "İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”, deyə açıqlama yayırsa, biz bu halda Vardan Voskanyanın fikirlərini təxribat və nifaq məqsədilə səsləndirilən fikirlər kimi də dəyərləndirə bilərik.

Lakin sözügedən hərbi təlimdə SEPAH-ın baş komandanı general Hüseyn Salaminin şəxsən iştirak etdiyini və onun öz çıxışında ad çəkmədən Azərbaycanı hədələməsini və yenə də "qırmızı xətt"dən dəm vurmasını nəzərə alsaq, o zaman V.Voskanyanın fikirlərinin fərziyyə olmadığı məlum olur.

Voskanyan deyir ki, "İranda davam edən hərbi təlimlər anti-Azərbaycan xarakteri daşıyır. İran bütün mümkün ssenarilərə, o cümlədən Azərbaycan ərazisinə hərbi zərbələr endirməyə və ya İran qoşunlarının Azərbaycanın Qarabağ ərazilərinə daxil olmasına hazırlaşır. Təlimlər zamanı Araz çayı üzərində müvəqqəti ponton körpüsünün tikintisi, pilotsuz uçuş aparatlarının zərbələri, yüksəkliklərin və yaşayış məntəqələrinin ələ keçirilməsi də daxil olmaqla müxtəlif ssenarilər həyata keçiriləcək".

Maraqlıdır ki, hazırda sərhədlərimiz boyunca davam edən İran ordusunun təlimində də məhz bu ssenarilər, döyüş hazırlıqları test olunur. Odur ki, biz yayılan informasiyaların və iddiaların hansı ölkənin KİV-də yer almasından asılı olmayaraq Fransa kimi, İran kimi dost olmayan ölkələrin bizə qarşı istənilən planlarına və hərəkətlərinə hər an hazır olmalıyıq.

İran rəhbərliyinin Ermənistanın indiyə qədər bizə qarşı yürütdüyü işğalçı siyasətini real şəkildə dəstəkləməsi barədə kifayət qədər faktlar var. Ancaq Tehran hökuməti isə həmin faktları bir qayda olaraq həmişə inkar edib və bu gün də İranın Azərbaycandakı səfirliyi iddia edir ki, Azərbaycanla sərhəd bölgəsində baş tutan manevr və təlimlər, guya, İran ordusunun illik fəaliyyət təqviminə uyğun həyata keçirilən ənənəvi təlimlərdir.

Hərçənd ki, buna inanmaq nə qədər çətin olsa da, ancaq biz yenə də inanmaq istərdik ki, sözügedən təlimlər düşmənçilik niyyətilə keçirilən təlimlər yox, səfirliyin də iddia etdiyi etdiyi kimi həqiqətən də adi, ənənəvi təlimlərdir. Azərbaycan İranla sərhədlərimizə hər zaman dostluq və sülh sərhədləri kimi baxıb. Odur ki, qarşı tərəfdən də eyni yanaşmanı gözləməyə haqqımız çatır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
“AzerGold” 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində təmsil olunur.

Sərgidə Səhmdar Cəmiyyət tərəfindən müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlı icra edilən layihələrə dair təqdimatlar, həmçinin dövlət şirkətinin əsas fəaliyyət göstərici haqqında məlumatlar təqdim edilir. Sərgi pavilyonunda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə aparılmış araşdırmalar, habelə Kəlbəcər rayonu ərazisində yerləşən “Tutxun” təzahür sahəsində QSC-nin geoloqları tərəfindən həyata keçirilən aktiv yerüstü axtarış-kəşfiyyat işləri haqqında geniş məlumatlar yer alır. Hasilat sahələri və ətraf ərazilərdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər, o cümlədən sosial layihələrlə bağlı audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.

“AzerGold” QSC tərəfindən nümayiş etdirilən qızıl sikkə və külçələr, xüsusilə Qarabağ mövzusuna həsr olunmuş qiymətli məhsullar ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi iştirakçıları “Qarabağ inciləri” və “Şuşa” sikkələri ilə yanaşı, Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş qızıl sikkələrlə ilk dəfə “Rebuild Karabakh” sərgisində yaxından tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” 21 oktyabradək davam edəcək.

BDU-nun daha bir tələbəsi vəfat edibBakı Dövlət Universitetinin (BDU) tələbəsi vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Modern.az-a universitetdən məlumat verilib.

Qeyd edilib ki, universitetin Biologiya fakültəsinin III kurs tələbəsi Bənövşə Rəcəb qızı Dedeyeva beyində damar genişlənməsi səbəbindən dünyasını dəyişib.

Allah rəhmət eləsin!
“Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində Zaqatala rayonunda tədbir keçirillibAzərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində 14 oktyabr 2022-ci il tarixində Zaqatala Rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və Balakən rayonu gəncləri iştirak etmişdir. Tədbirdə çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək təşkilatın fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, ictimai birlik fəaliyyət başladığı gündən etibarən şəhid ailələrinin, qazi və müharibə iştirakçılarının mütəmadi olaraq qayğısına qalmışdır.

Eyni zamanda layihə barədə də məlumat verərək bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir. Aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsi”- nə həsr olunan 1 günlük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər Balakən, Zaqatala, Qax və Şəki rayonlarında şəhid və qazi ailələri ziyarət olunması nəzərdə tutulur.

Daha sonra, Zaqatala rayonu İcra Hakimiyyətinin nümayəndəsi Anar Seyidov çıxış edərək ictimai birliklərin daima şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına diqqət və qayğını əsirgəməmələrini, onlara hər zaman mənəvi olaraq dəstək olmalarını vurğuladı.

Tədbirdə “Zəfər tarixi”-mizə həsr olunan video təqdimat nümayiş olundu. Sonda Zaqatala rayonu Şəhidlər Xiyabanı ziyarət olundu və xatirə şəkli çəkildi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik.
Prezident və xanımı Cəbrayıl və Qubadlıya getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi ilə tanış olublar. Dövlət başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

Dövlət başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub.

Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.

Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.
Tələbə mobilliyinə mane olan problemlər araşdırılırAzərbaycan öz təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

Bu prosesə dəstək məqsədilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi sentyabrın 1-dən icrasına başladığı “Tələbələrin akademik mobillik problemləri ilə bağlı tədqiqat işinin aparılması” layihəsi çərçivəsində bir sıra uğurlu nəticələrə imza atmışdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilən layihənin məqsədi təhsilin inkişafına xidmət etmək, xüsusilə, tələbə mobilliyi sahəsində olan problemlərin aradan qaldırılmasında innovativ tədqiqatlar apararaq, ölkəmizin təhsil sisteminin Avropa təhsilinə daha sıx inteqrasiyası olmuşdur.

İctimai Birlik bu istiqamətdə işlərə start verdiyi vaxtdan daxili mobilliklə bağlı problemlərin təhlilini həyata keçirib. Azərbaycanda fəaliyət göstərən universitetlərin tədris planlarına daxil etdikləri seçmə fənlərin adlarının və məzmunun Avropa universitetlərində tədris edilən fənlərlə uyğunluğu ilə bağlı araşdırma aparıb. Eyni ixtisaslar üzrə təklif edilən fənlər arasındakı fərqləri aşkarlayıb. Müasir tələblərə cavab verən və daha çox praktik əhəmiyyəti olan fənlər blokunun seçilməsi və ixtisaslar üzrə fənlər blokunun formalaşdırılması üçün təkliflər hazırlayıb.

Bundan başqa İctimai Birlik beynəlxalq mobilliklə bağlı problemlərin təhlilini də aparır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və tədrisi məcburi olan fənlərlə Avropada fəaliyyət göstərən universitetlərdə tədris edilən fənlərin müqayisəsini həyata keçirir.

Həmçinin Azərbaycan təhsil sisteminin Avropa təhsilinə inteqrasiyası və ona mane olan problemlər, tələbə mobilliyinin qarşısını alan məsələlər və onun həlli yollarından bəhs edən dörd ədəd məqalə hazırlanaraq mediada çap etdirilib. Məqalələrdə beynəlxalq təcrübəyə də istinad edilib və ölkəmizdə bu sahədə olan problemlərin həlli ilə bağlı müvafiq təkliflər yer alıb.

İctimai Birlikdən verilən məlumatda qeyd edilir ki, hazırda təhsil sahəsində olan əsas problemlərdən biri də beynəlxalq tələbə mobilliyinin təmin edilməsi ilə bağlıdır. Çünki Boloniya prosesinə qoşulan ölkələrdə fənlərin adları, məzmunu və onlara ayrılan kreditlərlə ölkəmizdəki ali təhsil müəssisələrində tədris edilən fənlər arasında ciddi fərqlər var.

“Daxili mobilliklə bağlı da problemlər mövcuddur. Belə ki, eyni ixtisaslı kadrlar hazırlayan universitetlərdə tədris olunan fənlər arasında uyğunsuzluq olduqca çoxdur. Fənlərin məzmun mahiyyətləri isə müqayisəyə gəlmir. Çünki burada hər hansı oxşarlıq da yoxdur. Bütün bunların nəticəsində tələbələr mobillik proqramında iştirakdan imtina etmək məcburiyyətində qalırlar” – İctimai Birlikdən verilən məlumatda deyilir.
Zəngəzur dəhlizinin başlanğıc nöqtəsi – Zəngilan rayonuArtıq torpaqlarımızın işğaldan azad olunmasının ikinci ildönümlərini qeyd edirik. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsinin 23-cü günü növbəti Zəngilan rayonu və bir neçə kənd Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğal edildikdən sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

İşğaldan sonra ermənilər tarixi saxtalaşdırmaq məqsədilə həmin torpaqlarda yerləşən bir sıra fini-tarixi abidələri məhv etmişdirlər. Zəngilan rayon u bir sıra faydalı qazıntılarla da zəngindir. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.

Zəngilan rayonunun növbəti işğalı 1993-cü il oktyabrın 30-da Erməni silahlı qüvvələri tərəfindən oldu. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

İşğal altında qaldığı 27 il ərzində erməni vandallığının qurbanı olan Zəngilan rayonun ərazisində yerləşən dini-tarixi abidələr İmam Hüseyn məscidi (XVII əsr), Malatkeşin kəndində Məscid (XIX əsr), Qırıq Muşlan kənd Məscidi (XIX əsr) , Muşlan kənd Məscidi (XIX əsr), Rəzdərə kənd Məscidi (XIX əsr), Xanazor və Yeməzli kəndlərində Alban kilsələri məhv edildi. Bundan başqa çoxlu sayda ziyarətgahlar və dini inanc yerləri, tarixi memarlıq abidələri bu vəhşi vandalizmin qurbanı oldu

2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlandı. Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulmaqla və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad etməklə Zəngilan rayonunun inzibati hüdudlarına çatdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədr müavini. Şəhid atası
Edillidəki məzarlıqla bağlı Avropaya müraciət edildiAzərbaycan Ermənistanın sentyabr ayında sərhəddə törətdiyi təxribatlar və işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, nəticə barədə danışmaq hələ tezdir:

"Amma müvafiq qurumlar məlumatlandırılıb".

Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkarlanmışdı.
Ukrayna Rusiya helikopterini vurduUkrayna əsgərləri Xerson vilayətinin Berislav rayonunda Rusiyaya məxsus Ka-52 döyüş helikopterini vurub.

Bu barədə “Cənub” hava komandanlığı məlumat yayıb.

“Oktyabrın 19-da səhər saat 10:30 radələrində Xerson vilayətinin Berislav rayonunda “Cənub” hava komandanlığının “Xerson” zenit-raket briqadasının bölməsi işğalçıların Ka-52 hücum helikopterini məhv edib”,- məlumatda qeyd edilib.
Ermənistan Hindistandan PUA və raket sistemi alır - VideoErmənistan Hindistandan PUA və dron kamikadze, həmçinin “Akaş” zenit-raket kompleksi almağı düşünür.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın “Print” nəşri məlumat yayıb.

Qeyd edilir ki, satınalmalarla bağlı müzakirələr Qandinaqarda “DefExpo 2022” müdafiə sərgisi çərçivəsində baş tutub.

Ermənistanın müdafiə naziri Suren Papikyan hindistanlı həmkarı Şri Racnat Sinqhlə görüşdən sonra bu sərgiyə baş çəkib.

Xatırladaq ki, tərəflər Hindistanda lisenziya əsasında istehsal olunan “Pinaka” reaktiv yaylım atəş sistemlərinin, habelə Sovet-Rusiya modelli “Konkurs” tank əleyhinə raketlərinin alınmasına dair saziş imzalayıblar.

Məlumata görə, digər növ silahların, o cümlədən 80 millimetrlik artilleriya qurğularının alınması da müzakirə olunur.

Həmçinin qeyd edilir ki, ermənilər “Tata Advanced Systems Limited” (TASL) və “Solar Industries” şirkətləri tərəfindən işlənib hazırlanan mərmilərin alınması imkanlarını da nəzərdən keçirir.