Sizin Reklam Burada

Xersonun əldən getməsi Putinə ciddi zərbə olacaq - ŞƏRH

Xersonun əldən getməsi Putinə ciddi zərbə olacaq - ŞƏRHRusiya prezidenti Vladimir Putin Ukraynadakı işğalçı müharibənin gedişatından narazı qaldığı üçün müharibə aparan qüvvələrinə general Sergey Surovikin təyin edib. Məqsəd müharibədə Rusiyanın xeyrinə dönüş yaratmaqdır. Ancaq yeni komandan ilk müsahibəsində işğal altındakı Xerson bölgəsində vəziyyətin ağır olduğunu etiraf edib.

Siyasi ekspert Elxan Şahinoğlunin fikrincə bu etirafla general Surovikin Rusiya ictimaiyyətini ona hazırlayır ki, işğalçı qüvvələr Xersondan gerə çəkilə bilərlər.

“Halbuki, Putinin Xersonu Rusiyaya birləşdirmək qərarının mürəkkəbi qurumayıb. Xerson əldən gedərsə, bu, Putinə ciddi zərbə olacaq. Surovikin müsahibəsində Rusiyanın itkiləri barədə heç nə deməzkən, Ukraynanın guya hər gün 600 ilə 1000 arasında hərbçi itirdiyini bildirib. Surovikin sonrakı açıqlaması ikrah doğurur. “Biz ukraynalılarla eyni xalqıq” deyən rusiyalı general “qardaş ölkənin” NATO və Qərbdən uzaqlaşaraq Rusiyaya dost olmasını arzuladıqlarını vurğulayıb. Bir tərəfdən deyir ki, gündə 1000-ə yaxın ukraynalı öldürürlər, bunun içərisində mülki insanlar da var, o biri tərəfdən bildirir ki, “eyni xalqıq”. Dəhşət!”, -  E.Şahinoğlu bildirib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər