Bakıda 14 yaşlı qız itkin düşdü
Dərc olunub:
19-10-2022, 10:49
Bakıda 14 yaşlı qız itkin düşüb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 17-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Nərmin Elçin qızı Məmmədova saat 01:00 radələrində 200 manat pul və mobil telefonu götürüb yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparlır.