Paşinyan sentyabr itkinlərinin sayını açıqladı
Dərc olunub:
19-10-2022, 10:46
Sentyabr toqquşması zamanı itkin düşən erməni əsgərlərin sayı 29-dur.
Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Tvitter səhifəsində yazıb.
O bildirib ki, Birinci Qarabağ savaşında 777, İkinci Qarabağ savaşında isə 217 nəfər itkin düşüb.
Qeyd edək ki, Paşinyan sentyabr toqquşmasında itkilərinin sayının 210, yaralıların isə 293 olduğunu açıqlamışdı.